sitename
» » Özünə dost seçməyin universal üsulu
Saytın xəritəsi Saytın xəritəsi
sitename

İmam Sadiq (ə) buyurur: "Üç şey vardır ki, əgər kimdə olarsa, ağa və sərvər olar: qəzəbini yatızdırmaq, pis əməlli insanı bağışlamaq, can və mal ilə sileyi-rəhm etmək”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qəzəbini yatızdırar – Allah cəzasını ondan götürər. O kəs ki, dilini saxlayar – Allah onun eyiblərini gizlədər”.Özünə dost seçməyin universal üsulu

 

İmam Əli (ə) buyurur: "Ən üstün kəs odur ki, əgər onu qəzəbləndirsələr – səbir edər. Ona zülm edilərsə – bağışlayar. Ona pislik edilərsə – yaxşılıq edər”.

İmam Əli (ə) buyurur: "Dostu qəzəbləndirmək və xəcalətli etmək – ondan ayrılmağın müqəddiməsidir”.

 

İmam Rza (ə) buyurur: "Bir-birinizi görməyə gedin və bir-birinizin əlini sıxın və bir-birinizə qəzəblənməyin”.

İmam Sadiq (ə) buyurur: "Üç kəs üç şeydən başqasında tanınmaz: səbirli olmaq – qəzəblənən zaman, igid olmaq – müharibədə, qardaşlıq – ehtiyaclı olan zaman”.

 

İmam Əli (ə) buyurur: "Həsəd aparan insan tez qəzəblənər və kini qəlbindən gec çıxar”.

İmam Əli (ə) buyurur: "Öz nəfsinlə cihad et və qəzəbinə hakim ol. Pis adətlərinlə müxalifətlik et o zamana qədər ki, nəfsin təmizlənər. Ağlın kamala çatar və Allahın mükafatından kamil şəkildə bəhrə alarsan”.

 

İmam Sadiq (ə) buyurur: "Hər kim qəzəbini yazıtdırar, Allah Təala dünya və axirətdə onun izzətini artırar”.

İmam Əli (ə) buyurur: "Səbirli olmaq qəzəb atəşini yatızdırar, sərtlik isə onu alovlandırar”.

İmam Hadi (ə) buyurur: "Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir”.

 

Həzrət Peyğəmbər (s) buyurur: "Bilin ki, qəzəb insan qəlbində olan bir parça atəşdir. Məgər qızarmış gözlərini və boynunun damarlarını görməyiblər. Hər kimdə bu hisslər olarsa, torpağın üzərində əyləşsin”.

İmam Sadiq (ə) buyurur: "Mömin o zaman ki, qəzəblənər, qəzəbi onu haqdan çıxartmaz. O zaman ki, razı olar, razı olması onu batilə tərəf çəkməz. Qüdrət əldə edərsə, öz haqqından çoxunu götürməz”. (Beytutə/Deyerler.org/)

 

İmam Əli (ə) buyurur: "Qəzəblə tərbiyə etmək (mümkün) deyildir”.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, üç dəfə sənə qəzəblənər, ancaq sənə pis söz deməzsə – onu özün üçün dost seç”.

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler