sitename
sitename

Səhər-səhər bir çarx izlədim. Üzü-gözü əzilmiş vərəq kimi qırışmış yaşlı anadı. Süpürgəçi işləməyə məcbur qalan ANADetektiv olaq!. Gileylənir. İnsanlarımız çox insafsızdı deyir: "Elə bilillər ki, burda bir maaş alan süpürgəçi varsa, demək zibili necə gəldi, hara gəldi ata bilərlər”. Dəhşət sözdü!!! İnanın, geridəqalmışlığımızın yeni bir səbəbi gizlidi bu xırda məsələdə: axı biz adətkərdəyik, bizim "zibilimizi” bir başqası təmizləsin!

Sanmayın ki kiçik məsələdi, bir çox böyük problemlərin qaynağı, elə kiçik məsələlərdə gizli deyilmi? Və icazə verin iddia edim ki, insanın əxlaqının aliliyi güllə deyil, zibillə, bəli, məhz zibillə necə davranmasından bilinər.

Məsələn, mən bir insanı bahalı maşınıyla deyil, ayaqqabısıyla necə davranmasından tanıyaram; insanın həqiqətini tribuna qarşındakı rəsmı çıxışlarında deyil, adam yerinə qoymadığı kiçik adamlarla etdiyi zarafatlarda daha aydın görmək olur axı elə bil.

Böyüklərin müəmması, bəli, kiçiklərlərlə ünsiyyətdə, lap ey, lap tez çözülür.

Sirr xırda şeylərdə gizlidir; məsələn, çox böyük cinayətlərin üstü, siz də bilirsiz ki, bəzən olduqca xırda ipucularıyla açılır.

Elə isə bəlkə detektiv olaq?

Ustufca girək hadisə baş vermiş otağa, hər tərəfə diqqətlə, diqqətlə baxaq; birdən gözümüzə xırda bir düymə sataşsın, çömbələk düymənin qarşısında, lap elə bil ustadın dizinin dibində əyləşirik, əlcəyimizi geyinək, götürək əlimizə düyməni, ehtiramla gətirək gözümüzün qabağına, sağına baxaq, çevirib soluna baxaq, bununla da yetinməyib səliqəli bir paketə yerləşdirib ekspertiziyaya göndərək və… budur, o boyda cinayət hadisəsini adicə bir düymədən yola çıxaraq çözək.

Bəlkə məsələ budur?

Bəlkə kiçik şeylərin qarşısında əyilmək istəmirik deyə sirdən xəbərsiz oluruq?

Ola bilər!

Bu yerdə əziz nənəmin sözü düşür yadıma: ərinin başında bit tapa bilməyən qadın onun xəyanətindən də bixəbər olacaq.

Sən demə bildiyimiz "bittapma” əməliyyatı, əslində, ciddi bir məşqmiş – gələcəkdə daha böyük cinayətlərin üstünü aça bilmək üçün!

Çox uzaq düşməyək, deməyim o ki, xilas, bizi əhatəsinə almış ən xırda şeyin belə böyründən diqqətsiz keçməməkdədi və xilas, həyatımızdakı hadisələrə də əşya kimi, insan kimi əllə toxunmaqdadı; elə bil stəkandı, nəlbəkidi, boşqabdı; elə bil ana dizidi, dost çiynidi, qadın əlidi… Baş vermiş olayın karandaşla rəsmini, xəritəsini çəkmək və qarşına qoyub ona diqqətlə baxmaq, baxmaq, baxmaq… Şair nə deyirdi?

Səni ürəyimə gətirən yollar

niyə ürəyimdən apara bilmir?

Həyatımız getmir, alınmır, "işləmir?” Nəyi düz etmirik? Bəlkə problemin kökü elə oralardadı -hesaba almadığınız, ayaq altda qoyduğumuz o xırda "düymələr”də? Ola bilməz deməyin. Axı bəzən mürəkkəb mexanizmə sahib olan böyük bir saatın işləməsinin qarşısını alan, içinə düşmüş xırda, çox xırda bir qum dənəsi olar axı…

Elə isə, o "hayasız” qum dənəsini tapıb xilas etmək lazımdı bu darısqallıqdan, çıxarıb qovuşdurmaq gərək ucsuz-bucaqsız dəniz qumluqlarına. Bir də baxacaqsız ki, budur, həyatınız öz axarıyla üzüb getdi e, lap elə bil balıqdı…

İLQAR KAMİL

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ata, mən burdayam!
Ata, mən burdayam!
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
Başqalarının təsiri altına düşməmək üçün nə edək?
Başqalarının təsiri altına düşməmək üçün nə edək?
İBADƏT TÖVFİQİ, ALLAHIN BƏNDƏYƏ MİNNƏTİ
İBADƏT TÖVFİQİ, ALLAHIN BƏNDƏYƏ MİNNƏTİ
KİŞİNİN ÖZ SƏHVİNİ ETİRAF ETMƏSİ
KİŞİNİN ÖZ SƏHVİNİ ETİRAF ETMƏSİ
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
ÖZ MƏNAFEYİNƏ GÖRƏ BAŞQASININ ABIR-HƏYASINI APARMA
ÖZ MƏNAFEYİNƏ GÖRƏ BAŞQASININ ABIR-HƏYASINI APARMA
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Tez incimək və küsməkdən qurtulmağın yolları
Tez incimək və küsməkdən qurtulmağın yolları
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Böyük işlərdə olan kiçik düyünlər
Böyük işlərdə olan kiçik düyünlər
Hidayətdə ilk addım
Hidayətdə ilk addım
ÇƏTİNLİKLƏR QARŞISINDA SƏBR
ÇƏTİNLİKLƏR QARŞISINDA SƏBR
YERSİZ QƏM
YERSİZ QƏM
Sadiq yuxunu kazib (aldadıcı) yuxudan necə ayırd etmək olar?
Sadiq yuxunu kazib (aldadıcı) yuxudan necə ayırd etmək olar?
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Şeyx Ənsari və Şeytanın toru
Şeyx Ənsari və Şeytanın toru
Günahdan necə xilas ola bilərəm?  Əllamə Təbatəbainin cavabı:  “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Günahdan necə xilas ola bilərəm? Əllamə Təbatəbainin cavabı: “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Düzgün qidalanmanın 12 şərti
Düzgün qidalanmanın 12 şərti
Qadının insani məqamı
Qadının insani məqamı
Duada Allahdan nə istəyək?
Duada Allahdan nə istəyək?
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler