sitename
» » » QƏMƏ VURMAĞIN YARANMA TARİXÇƏSİ VƏ FİQHİ HÖKMÜ - ŞİƏ ALİMLƏRİNİN QƏMƏ VURMAĞA MÜNASİBƏTİ
Saytın xəritəsi Saytın xəritəsi
sitename

QƏMƏ VURMAĞIN YARANMA TARİXÇƏSİ VƏ FİQHİ HÖKMÜ - ŞİƏ ALİMLƏRİNİN QƏMƏ VURMAĞA MÜNASİBƏTİ

 
sual :

Şiəlikdə qəmə vurmaq hansı zamana qayıdır və nə vaxtdan yayılmağa başlayıb? Onun fiqhi hökmü nədir? Yarandığı gündən indiyədək bu xüsusda şiə alimlərinin mövqeyi necə olmuşdur?

Qısa cavab:

Qəmə vurmağın mənşəyi haqqında müxtəlif versiyalar var; ən tutarlısı Azərbaycan türklərindən fars və ərəblərə ötürülməsidir. Bəzilərinə görə də Qafqaz pravoslavlarından İrana sirayət etmişdir.
Məsələnin fiqhi tərəfinə gəlincə, bu əzadarlıq üslubu yarandığı gündən ixtilaf mövzusu olmuşdur və qeyri müsəlmanların bəzilərinə mənfi təsir bağışladığından, bir sıra alimlər onun haramlığına fətva vermişdir. Bunun əksinə olaraq bir qrup alim caiz olduğunu irəli sürmüşlər. Ancaq günümüzdə əksər mərcəyi-təqlidlər bu əməli haram bilir.
 


Ətraflı cavab:

Qəmə vurmağın ilkin mənşəyi və əsası haqqında fərqli nəzərlər vardır (1). Hamısından mötəbər və isbat olunanı qəmə vurmağın əcnəbi ənənə olması və Azərbaycan türklərindən fars və ərəblərə keçməsidir (2). Bəzi pravoslav məsihilərin öz əqidələri əsasında həzrət İsanın (ə) şəhadəti zamanı bənzər əməllər yerinə yetirdiyini nəzərə alsaq, mərhum Mürtəza Mütəhhəri öz sözlərində bu əməi məsihilərə (xristianlar) nisbət verərək yazır: "Qəmə vurmaq, təbil və şeypur səsləndirmək İrana Qafqaz pravoslavlarından keçmişdir. Xalqın ruhiyyəsinin buna hazır olması nəticəsində ildırım sürəti ilə hər yerə yayılmışdır (3).


İranda qəmə vurmağın keçmişi Səfəvilər dönəminə qayıdır. Bəzi avropalıların səyahətnamələrində o dövrdə qəmə  və ülgüc vurmağın olduğuna işarə edilib. O cümlədən Adam Oleari öz yazılarında Səfəvilər dövrü və başqa zamanlarda Ərdəbildə Aşura günü qəmə vurulduğuna işarə edilmişdir (4).


Bu mərasim Qacarlar dönəmində, xüsusi ilə Nasirəddin şah zamanında geniş rəvac almışdır. Abdullah Müstəfəvi bu işin əsas səbəbkarını Molla Ağa Dərbəndi olduğunu iddia edir və yazır: "Aşura günü ülgüc vurmaq Axundun (Dərbəndi) əzadarlığa gətirdiyi, yaxud ictimailəşdirdiyi işlərdəndir ki, haram işi savab əməl bilmiş və bəzi avam türklər də bu üslubda əzadarlığı qəbul etmişlər. Şəriətə zidd olan bu iş əzadarlığın bir parçası və savab əməl kimi qəbul edilmişdir” (5).


İraqlı sosioloq, tədqiqatçı və yazıçı İbrahim Heydəri "Kərbəla faciəsi” kitabında da buna inanır ki, qəmə vurmaq kimi əzadarlıq əməlləri XIX əsrdən öncə İraqda rast gəlinməmiş və əsrin sonlarına doğru tədriclə ölkəyə yayılmışdır. Deməli, qəmə vurmaq və bu kimi əməllər İraqa sonradan gəlmişdir və ərəblərlə heç bir bağlılığı yoxdur (6).


Qəmə vurmağa müvafiq olanlardan bəziləri sözügedən əməli həzrət Zeynəbin (ə) əməlinin nişanəsi bilir. Belə ki, Kərbəla-Şam yolunda İmam Hüseynin (ə) başını nizədə görüb özündən keçdi, başını kəcavənin bir küncünə vurdu və başından qan axmağa başladı.


Bu əhvalatın mötəbərliyi haqda fikir ayrılığı mövcuddur; bir çox tədqiqatçılar bunu mötəbər bilmir. Şeyx Abbas Quminin "Müntəhal-amal” kitabında yazdığına görə bu əhvalat "Nurul-eyn” cə "Müntəxəbi-Türeyhi” kitablarında gəlib, belə ki, hər iki kitab etibar baxımından ən aşağı dərəcədədir (7).


Bundan başqa heç bir mötəbər kitabda, qaynaqlarda və birinci dərəcəli məqtəllərdə belə bir əhvalat nəql edilməmişdir.
Bu hadisə əqli baxımdan da münaqişəlidir (8). Həzrət Zeynəb (ə) Aşura günündə hadisələri birbaşa müşahidə etdiyi vaxt heç bir səbirsiz hərəkət göstərmədi, necə olur ki, sonradan belə bir iş görsün?! Əhli-beyt (ə) əsirlərini yalın dəvələrə mindirdiklərini nəzərə alsaq, bu halda həzrət Zeynəb (ə) başını hansı kəcavəyə vurmuşdur?! İbn Ziyadın sarayında atəşin xütbələr edən şücaətli xanımın başını kəcavəyə vurması həqiqətdən uzaqdır.


Bu və ya digər əzadarlıq üslublarının fiqhi hökmləri haqqında elə əvvəldən ixtilaf var və bir çox qeyri müsəlmanlarda mənfi təsir buraxdığı üçün bəzi alimlər zəncir vurmaq, qəmə vurmaq, baş və kürəkdən qan çıxarmağın haramlığına fətva veriblər. Bunların müqabilində digər alimlər camaatın suallarına cavab olaraq bu əməli icazəli bilmişlər. Bu məsələ keçmişdə dəfələrlə məzhəb qarşıdurmaları yaratmışdır, o cümlədən Ayətullah Seyid Əbülhəsən İsfahani haramlığına fətva vermiş, Seyid Əmin Möhsin isə ona irad bildirmişdi. Nəticədə məsələ o dövrün mətbuat və qəzetlərinə kimi çəkib aparılmışdı (9). Bundan sonra fətva soruşmaq və fətva vermək bazarı qızışmış, bu fiqhi nəzərləri əhatə edən toplumlar da bunu yaymağa başlamışdır (10).


Ancaq günümüzdə əksər mərcəyi-təqlid müctəhidlər, o cümlədən İmam Xomeyni, Ayətullah Xameneyi, Ayətullah Sistani, Ayətullah Məkarim Şirazi və s. bu əməlin haramlığına fətva veriblər. Onların fikrincə: insana zərərli olan, din və məzhəbə qarşı ikrah yaradan hər bir iş haramdır və möminlər belə işlərdən çəkinməlidir.


Heç kəsdən gizli deyil ki, "bu kimi işlərin çoxu Əhli-beyt (ə) məktəbinin bədnam və qorxunc olmasına bais olur, bu da ən böyük ziyan və xəsarətlərdəndir”. Hətta məxfi şəkildə qəmə vurmaq belə mərcəyi-təqlidlər tərəfindən haram edilib.
Deyirlər: "Qəmə vurmaq ürfi baxımdan qəm-qüssə tərənnümü olmamasından əlavə, imamların (ə) dövründə və ondan sonrakı dövrlərdə də keçmişi olmamışdır. Ümumi və xüsusi şəkildə də təsdiqinə dair məsumdan bir şey nəql edilməmişdir. Hazırkı dövrdə bu əməl məzhəbin bədnamlığına, ona qarşı ikrahın yaranmasına səbəb olduğundan heç bir formada icazəli deyil (11).


Sonda qəmə vurmağın hökmü daha aydın, xüsusi ilə hazırkı dövrdə haramlığına dair bəzi şübhələr həll olsun deyə, bu xüsusda Ayətullah Məkarim Şirazidən soruşulmuş bəzi sual və cavabları qeyd edirik:


1. Ülgüclə sinə vurmaq və ya bıçaqlı, ülgüclü zəncirlərlə zincir vurmaq bədənin xəsarət almasına və qan çıxmasına səbəb olarsa, hökmü nədir?
Cavab: Şəhidlər ağası İmam Hüseynin (ə) əzadarlıq məsələsi bütün zaman və məkanlarda Allaha yaxınlaşdıran ən üstün əməllərdən, iman ruhunu gücləndirən amillərdən, müsəlmanlarda fədakarlıq və şücaət aşılayan səbəblərdən olmuş və olmaqdadır. Amma əzadarlığın keyfiyyəti İslam düşmənlərinin əlinə bəhanə verəcək, sui-istifadə edəcək və bu əzəmətli mərasimin zəiflədəcək şəkildə deyil, əks istiqamətdə olmalıdır. Bu üzdən məzhəbə qarşı ikrah yaradacaq işlərdən çəkinmək və bədənə xəsarət vuran işlərdən yayınmaq lazımdır.


2. İslam ölkələrinin (İrandan başqa) əksər bölgələrində və qeyri İslam ölkələrində dindar şiələr digər məzhəblərlə birgə həyat sürürlər. Onlar məhərrəm ayında, xüsusi ilə Aşura günü əza məclisləri keçirirlər; gənclər növhə oxuyur (qina səsi olmadan), sinə və zəncir vururlar. Nəticədə bəzən bədən xəsarəti alırlar ki, bu da qeyri şiə fərdlərə və cəmiyyətə müsbət təsir qoyur, hətta şiə olmağa rəğbət yaranır. Müsbət təsir və gözəl nəticəsi olmaq şərti ilə yuxarıdakı şəkildə zəncir vurmaq caizdirmi?


Cavab: Ali-Əbanın beşincisi İmam Hüseynin (ə) əzadarlığı Allaha yaxınlaşdıran ən üstün işlərdəndir, amma bədənə xəsarət vuracaq şəkildə olmamalıdır. Bu ilahi nişanələrin əzəmətini qorumaq üçün daha əlverişli yollardan istifadə edin.
3. Məxfi şəkildə qəmə vurmaq olarmı? Belə ki, kamera yaranmamışdan öncə halal olduğunu deyirlər?
Cavab: Əzadarlıq bədənə zərər vurmağa gətirib çıxarmamalıdır.


4. Mərasimlərin video lentə yazılmasından öncə qəmə vurmağın halal olduğu, sonradan isə haram edildiyi doğrudurmu? Qəmə deyil, xəncər vurmağın bir eybi varmı?
Cavab: Əzadarlıqda bədənə xəsarət vurmaq olmaz.


5. Aşura günü İmam Hüseynin (ə) əzadarlığında nəzri yerinə yetirmək və ya savab qazanmaq məqsədi ilə qəmə və ülgüc vurmaqla bağlı sizin nəzəriniz nədir?
Cavab: İmam Hüseynin (ə) əzadarlığı Allaha yaxınlaşdıran üstün əməllərdəndir, amma bədənə zərər vuran, məzhəbə qarşı ikrah yaradan əməllərdən çəkinmək lazımdır və belə bir nəzirə vəfalı qalmaq lazım deyil.


6. Ata və ana nəzir edir ki, əgər Allah onlara oğlan övladı nəsib etsə, Aşura günü başına ülgüc vuracaqlar. Bu kimi əməllərin İmam Hüseyn (ə) əzadarlığı və şiə məzhəbinə qarşı ikrah yaratdığını və İslam düşmənlərinin də bundan sui-istifadə etdiyini nəzərə alsaq, sözügedən nəzirə əməl etmək vacibdirmi?


Cavab: Belə nəzir düzgün deyil, çünki nəzirdə əməlin tərcihi (üstünlüyü, qanuniliyi) şərtdir. Bu əməlin İslam düşmənlərinin əlinə bəhanə verdiyini, Ali Əba (ə) əzadarlığının bütün məsələlərinə qarşı – hansı ki, Allaha yaxınlaşdıran ən üstün əməllərdəndir - şübhə doğurduğunu nəzərə alsaq, olmaz (iradı var). Nəzirdə tərcihin olduğunu fərz etsək belə, başqası üçün nəzir etmək düzgün deyil.
7. Son vaxtlar əlimə iki disk çatıb. Hansı ki, içində qəmə vurmaqla bağlı bir neçə müctəhidin dilindən tövsiyələr edilmişdir... Bu xüsusda siz alicənabın nəzəri nədir?


Cavab: Keçmişdə buna fətva vermiş böyüklərimiz bu zamanın şəraitini, qəmə vurmaq məsələsinin şiənin dünyaya yayılmasına mane olduğunu görə bilsəydilər, qəti surətdə onu haram edərdilər, çünki zaman-zaman fətvanın şəraiti fərq edir. Təəssüflər olsun ki, son zamanlar bəzi nisbətlər (istinadlar) həqiqəti əks etdirmir.


8. Qəmə vurmaq və digər əməllər ucbatından əzadar və sinəzənlərin bədənindən çıxan qanlar təbərrükə, xəstənin şəfasına, sonsuz qadınların övlad sahibi olmasına və s. səbəb olarmı?
Cavab: Belə sözlərin əsası və mənşəyi yoxdur. Yaxşı olar ki, əzadarlıq din və müqəddəslərə xələl gətirməyəcək şəkildə olsun (12).


 
Qeydlər:

1. "Şiə mediyası, İranda əzadarlıq ayin və məclislərinin yaranma tarixinin araşdırılması” (məqalə), Möhsin Hisam Məzahiri, "Əxbare-ədyan” jurnalı, say 18, mart və aprel, 2006.
2. Müraciət edin: "Mənim həyat tarixim” (Qacar dövrünün ictimai və idarəçilik tarixi), Abdullah Müstəfəvi, "Zəvvar” nəşri, Tehran, c. 1 və 3.
3. "Mürtəza Mütəhhərinin əsərlərinin məcmusu”, Mütəhhəri, Mürtəza, "Sədra” nəşriyyatı, Tehran, c. 16, səh. 331.
4. "Mənim həyat tarixim” (Qacar dövrünün ictimai və idarəçilik tarixi), Abdullah Müstəfəvi, "Zəvvar” nəşri, Tehran, c. 1, səh. 276-277.
5. "Mənim həyat tarixim” (Qacar dövrünün ictimai və idarəçilik tarixi), Abdullah Müstəfəvi, "Zəvvar” nəşri, Tehran, c. 1 və 3.
6. "Kərbəla faciəsi”, İbrahim Əl-Heydəri, Əli Məmurinin tərcüməsi, "Darul-kitabil-İslami”, Qum şəhəri, səh. 475.
7. "Muntəhəl-amal fi təvarixin-nəbi vəl-al”, Qumi, Şeyx Abbas, "Hicrət” nəşriyyatı müəssisəsi, Qum şəhəri, 13-cü çap, c. 1, səh. 569.
8. "Aşura və İmam Hüseyn (ə) tarixinin təhrif olunmaması ilə bağlı tədqiq”, Səhhəti Sərdərudi, Məhəmməd, "Əmir Kəbir” nəşriyyatı müəssisəsi, Tehran, səh. 210-212.
9. "Mosuətul-ətəbatil-muqəddəsə”, Cəfər Əl-Xəlili, "Əl-Ələmi lil-mətbuat” müəssisəsi, c. 8, səh. 378 (alt sətir).
10. "Aşura mədəniyyəti”, səh. 247.
11. "Tozihul-məsail mərace” (farsca), tərtibatçı: Seyid Məhəmməd Həsən Bəni-Haşimi Xomeyni, Qum elm hövzəsinin "Müdərrislər cəmiyyəti”nə bağlı "İslam nəşriyyatı” ofisi, Qum, 2007, 15-ci çap, c. 2, səh. 1023-1025.
12. "Əzadarlıq hökmləri”, Məkarim Şirazi, Nasir, "İmam Əli ibn Əbutalib (ə)” nəşriyyatı, Qum, 2011, 2-ci çap, səh. 51-54.
Yayım tarixi: 03.09.2017

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?
Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?
“Mələkut” sözünün mənası nədir?
“Mələkut” sözünün mənası nədir?
Bərzəx həyatı necədir?
Bərzəx həyatı necədir?
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
İş səfərinin hökmləri (Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
İş səfərinin hökmləri (Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaatlar( Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaatlar( Ayətullahul-Üzma Seyyid Əli Xamenei)
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Yeni istiftaat Ayətullahul-Üzma Seyyid Əli Xamenei
Məstedici spirtli içkiləri və haram yeməkləri satmaq, bu məhsulların satıldığı məkanda işləmək olarmi
Məstedici spirtli içkiləri və haram yeməkləri satmaq, bu məhsulların satıldığı məkanda işləmək olarmi
Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir?
Necə ola bilir ki, bəzi ibadətlər cəhənnəm atəşini insana haram edə bilir?
Ayətullahul-Üzma Seyyid Əli Xamenei ünvanlanan yeni suallar (Yanvar, 2019)
Ayətullahul-Üzma Seyyid Əli Xamenei ünvanlanan yeni suallar (Yanvar, 2019)
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Səfər ayının 28-ci günü
Səfər ayının 28-ci günü
Məhərrəmliyin ideal əzadarlığı
Məhərrəmliyin ideal əzadarlığı
Kərbəla faciəsinə nə səbəb oldu?
Kərbəla faciəsinə nə səbəb oldu?
Yeni şəri suallar
Yeni şəri suallar
Seyid Əli Hüseyni Xameneyi dəftərinə Yeni istiftaat olunmuş suallar . (Jun, 2018)
Seyid Əli Hüseyni Xameneyi dəftərinə Yeni istiftaat olunmuş suallar . (Jun, 2018)
İş səfərinin hökmləri
İş səfərinin hökmləri
QADINI DÖYMƏK QADAĞANDIRMI?
QADINI DÖYMƏK QADAĞANDIRMI?
TİBBİ MƏSƏLƏLƏR
TİBBİ MƏSƏLƏLƏR
“Ərbəin”in yaxınlaşması münasibətilə Ayətullah Məkarim Şirazinin tövsiyələri
“Ərbəin”in yaxınlaşması münasibətilə Ayətullah Məkarim Şirazinin tövsiyələri
Qeyri-ərəb mənşəli Kərbəla şəhidləri (1)
Qeyri-ərəb mənşəli Kərbəla şəhidləri (1)
Mütəxəssis həkimlər yеni üslublardan və dəzgahlardan istifadə еdərək hamiləlik dövründə körpənin çatışmazlıqlarını müəyyənləşdirirlər.Bu nə dərəcədə doğrudur?
Mütəxəssis həkimlər yеni üslublardan və dəzgahlardan istifadə еdərək hamiləlik dövründə körpənin çatışmazlıqlarını müəyyənləşdirirlər.Bu nə dərəcədə doğrudur?
İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri
İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
Ayətullah Nasir Məkarim Şirazi: Məhərrəm ayı ərəfəsində İmam Hüseyn (ə) əzadarları və Hüseynçi təbliğatçılara mühüm tövsiyələr
Ayətullah Nasir Məkarim Şirazi: Məhərrəm ayı ərəfəsində İmam Hüseyn (ə) əzadarları və Hüseynçi təbliğatçılara mühüm tövsiyələr
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
Hicabın tarixi
Hicabın tarixi
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Yeni ili bayram kimi qeyd eləməyin haram olub olmaması haqqında bir fətva varmı ?
Yeni ili bayram kimi qeyd eləməyin haram olub olmaması haqqında bir fətva varmı ?
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler