Shia.az SonUmidTv media
» » » Vəhy ailəsinin ilk övladının - İmam Həsənin (ə) şəhadət gecəsidir
Русская версия сайта Русская версия сайта
sitename


İmam Həsən Müctəba (ə) vəhy ailəsinin ilk övladıdır ki, hicrətin üçüncü ilində Ramazan ayının 15-də dünyaya göz açmışdır. (Avini saytı)

O zaman ki, Xanım Zəhra (s.ə) İmam Həsəni (ə) dünyaya gətirir, İmam Əliyə buyurur: “Ona ad qoyun”. İmam Əli (ə) buyurur: “Mən ona ad qoymaqda Allahın Rəsulunu (s) qabaqlaya bilmərəm”. Bu zaman Peyğəmbər (s) gəlir. Körpəni sarı parçaya büküb, Həzrətin (s) yanına gətirirlər. Həzrət (s) buyurur ki, körpəni sarı parçaya bələməyin, sonra həmin parçanı kənara qoyub, ağ parça götürdü. Körpəni ona bükdü. Sonra üzünü İmam Əliyə (ə) çevirib, soruşdu: “Ona ad qoymusunuzmu?”. İmam Əli (ə) buyurur: “Mən ona ad qoymaqda sizi qabaqlaya bilmərəm”.
Həzrət Peyğəmbər (s) buyurur: “Mən də ona ad qoymaqda Allahı qabaqlaya bilmərəm”. Cəbrayil (ə) Allah tərəfindən vəhy gətirir ki, onun adını Harunun oğlunun adı kimi, yəni ərəb dilində Həsən kimi adlandırın.

Körpə dünyaya gələn zaman qulağına azan və iqamə oxunması sünnətdəndir. Həzrət Peyğəmbər (s) körpənin sağ qulağına azan və sol qulağına iqamə oxuyur. Körpə üçün əqiqə qurbanı kəsir və qurbanlığın bir budunu da doğum həkiminə verir. Bu işi yeddinci gündə yerinə yetirir və bu duanı oxuyur: “بسم الله عقیقة عن الحسن‏
اللهم عظمها بعظمه، و دمها بدمه، و شعرها بشعره، اللهم اجعله وقاءا لمحمد و آله‏
Həzrət Peyğəmbər (s) əmr edir ki, körpənin saçını kəsib, o qədər gümüş sədəqə etsinlər. Körpənin başına ətir sürtür və uşağı sünnət etdirir.

Sonra körpəni şeytan və cinlərdən qorumaq üçün bu duanı oxuyur: “«اعیذ كما بكلمات الله التامة من كل شیطان وهامة و من كل عین لامة‏»
Həzrət Peyğəmbər (s) İmam Həsənə (ə) Əbu Muhəmməd künyəsini verir. İmamın (ə) bir çox ləqəbləri vardır, o cümlədən: Zəki, Müctəba, Seyyid, Təqi, Təyyib, Vəli...

İmam Həsən Müctəbanın (ə) uşaqlıq dövrünün ən gözəl anları Həzrət Peyğəmbər (s) həyatda olan zamanla bağlıdır. İmam (ə) həyatının yeddi il altı ayını babası ilə yaşamışdır. Onun məhəbbətindən və mehribanlığından bəhrələnmişdi. Onun tərbiyəsini görmüş və sonsuz elm dənizində üzmüşdü. Həzrət Peyğəmbər (s) İmam Həsənlə (ə) İmam Hüseyni (ə) o qədər sevirdi ki, onları reyhanə adlandırırdı. Bir nəfər Həzrət Peyğəmbərə (s) sual verir ki, siz onları sevirsinizmi? Həzrət (s) cavabında buyurur: “Onları necə sevməyim ki, bu ikisi mənim dünyadakı iki xoş ətirli güllərimdir və mən o ikisini iyləyirəm”.

İmam Həsən Müctəba (ə) sima baxımından Həzrət Peyğəmbərə (s) çox bənzəyirdi. İmamın (ə) siması bənzədiyi kimi, rəftar və danışığı da Həzrətə (s) çox bənzəyirdi. Hətta yol getməyi və söhbət etmək tərzi belə, Həzrət Peyğəmbərlə (s) eyni idi. O da babası kimi gözəl əxlaqa malik, kəramətli, səxavətli, yetimləri sevən bir insan idi.
Həzrət Peyğəmbər (s) onu behişt cavanlarının ağası adlandırardı və buyurardı: “Hər kim behişt cavanlarının ağasına nəzər salmaq istəyirsə, Həsənə (ə) nəzər salsın”. Deyerler

İmamın (ə) Allaha olan diqqəti hamını təəccübləndirərdi. Nə zaman dəstəmaz almaq istəsə, bütün bədəni titrəyər və rəngi dəyişərdi. Bunun səbəbini soruşan zaman buyurardı: “O kəs ki, Allah dərgahında dayanar, bundan başqası uyğun deyildir”.

İmam (ə) nə zaman Qiyaməti xatırlasa idi, o qədər ağlayardı ki, özündən gedərdi. Allah Evinə yalın ayaqla 25 dəfə getmişdi.

Salam olsun sənə, ey Peyğəmbərin (s) əziz övladı!
Salam olsun sənə, ey Zəhranın (s.ə) ilk gülü!
Salam olsun sənə, ey Əlinin (ə) şücaətli oğlu!
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))