Shia.az SonUmidTv media
» » » İbn Teymiyyənin Həzrət Zəhranın (s) gecə dəfn olunması ilə bağlı vəsiyyətinə etirazı həqiqətdirmi?
Русская версия сайта Русская версия сайта
sitename

Ətraflı cavab:İbn Teymiyyənin Həzrət Zəhranın (s) gecə dəfn olunması ilə bağlı vəsiyyətinə etirazı həqiqətdirmi?

İbn Teymiyyə yazır: "... Hillinin nəqlinə görə Fatimə vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və heç kəs ona namaz qılmasın. Bu məsələni heç kəs Fatimədən nəql etməyib və cahil insanlardan başqa heç kəs ona istinad etməyib. O, Fatimənin adından əsla ona layiq olmayan sözlər yazır. Yazdıqları - doğru olduğu təqdirdə - təqdirəlayiq bir işdənsə, bağışlanmış günaha daha çox uyğun gəlir. Çünki bir müsəlmanın digərinə qıldığı cənazə namazı ona yetişən əlavə xeyirdir...” (1)


 
Cavabında demək lazımdır: Həzrət Zəhra (əleyha-salam) yersiz olaraq belə bir vəsiyyət etməyib. O, hakim qurumla siyasi mübarizə aparmaq və insanları onların ədalətsizliyindən xəbərdar etmək üçün belə bir vəsiyyətə əl atdı. O, bu addımı ilə zehinlərdə peyğəmbərin (s) qızının nə üçün gecə dəfn olunduğu haqda sual yaratmaq istəyirdi. Ümmət bu vəsiyyətin sirrini başa düşsə, hazırkı xilafətin qeyri-qanuni olmasını və onların ədalətsizliyini anlayacaqdı. Həmçinin, onlar dəfndə iştirak etməklə ilə xalqa müsəlmanların haqq xəlifəsi olduqlarını və peyğəmbərin (sallallahu əleyhi və alih) əhli-beyti ilə bağlı heç bir problemin olmadığını nümayiş etdirmək istəyirdilər. Siyasətdən məlumatı olan hər bir insan bu vəsiyyətin xilafətə vurduğu ziyanları başa düşə bilər.  

 

Digər tərəfdən hər kəsin cənazəyə qıldığı namaz onun üçün əlavə xeyir-bərəkət sayılmır.
Həzrət Zəhra (salamullahi əleyha) "Təthir” ayəsinə və digər hədislərə əsasən məsum insan sayılır, o, hər hansı səhv və xətadan uzaqdır. Peyğəmbər (sallallahu əleyhi və alih) onun haqqında belə demişdir:

 

فاطمه بضعه منّی من اغضبها فقد اغضبنی

Fatimə canımın bir parçasıdır, onu incidən hər kəs məni incitmişdir.


Bu şəkildə vəsiyyət edən bir insan sözsüz ki, hakim qurum və hökumət başçılarından narazı idi. Demək, onlar peyğəmbərin (s) də narazılığına səbəb olmuşlar. Sözü gedən hədis Həzrət Zəhranın (əleyha-salam) məsumluğundan hekayət edir. Yəni, həzrət bütün hallarda, o cümlədən narahat vaxtında da məsum idi. Belə olmasaydı, Allah-taala həzrətin bütün qəzəb hallarında qəzəb etməzdi.
Qısa desək, həzrət Zəhra (s) bu vəsiyyəti ilə qiyamət gününəcən birinci xəlifənin hakimiyyətinə dəyər verən bütün kəslər üçün dəlili tamamladı.....


Daha əhəmiyyətlisi budur ki, İbn Teymiyyə belə bir vəsiyyətin olmasını kökündən rədd edir və Zəhranın (salamullahi əleyha) gecə dəfn edilməsi ilə bağlı fikirləri sual altına alır. Halbuki hər iki təriqətin mötəbər mənbələrinə əsasən həzrətin gecə dəfninə dair vəsiyyəti və gecə dəfn olunması aydın bir məsələdir.

 

Buxarı öz silsilə-sənədi ilə Ayişədən belə nəql edir:
"Peyğəmbərin (s) qızı Fatimə Əbubəkrin yanına peyğəmbərdən qalmış irsdən öz səhmini tələb etmək üçün qasid yolladı. Bu irs Fədək və Mədinə qənimətindən, eləcə də Xeybərin xümsündən qalmışdı...  Əbubəkr bu əmlakı ona verməkdən imtina etdi. Fatimə Əbubəkrdən incidi və ömrünün sonunadək onunla danışmadı.
O, peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra altı ay yaşadı. Vəfat edəndə həyat yoldaşı Əli onu gecə dəfn etdi və Əbubəkrə bu barədə heç bir söz demədi.” (3)

 

Müslim də Həzrət Zəhranın (ə) Əbubəkrə etirazı və vəfatı haqqında hədis nəql edir: "Əli (əleyhis-salam) Həzrət Fatimənin (əleyha-salam) ölümü ilə bağlı Əbubəkrə heç nə demədi və özü ona cənazə namazı qıldı.” (4)

 

Yəqubi nəql edir: "... Fatimə əri Əliyə vəsiyyət etdi ki, ona qüsl versin... və onu gecə torpağa tapşırsın. Nəqllərə görə Salman, Əbuzər, (bir nəqlə görə) Əmmardan başqa heç kəs onun dəfn mərasimində iştirak etmədi.” (5)

 

İbn Əbulhədid yazır: "Səhih hesab etdiyimiz hədisdə deyilir ki, Fatimə (s) dünyadan köçərkən Əbubəkr və Ömərdən incikli getdi. O, vəsiyyət etdi ki, bu iki nəfər onun cənazəsinə namaz qılmasın. (6) (7


Qeydlər:


1. Minhac əs-sunnə”, cild 4, səh. 247, 248.
2. "Səhihi Buxari”, bab Mənaqib Fatimə (əleyha-salam).
3. "Səhihi Buxari”, cild 5, səh. 177.
4. "Səhihi Müslim”, cild 3, səh. 1380, hədis 1759.
5. "Tarixi Yəqubi”, cild 2, səh. 115.
6. İbn Əbulhədid, Nəhcül-bəlağənin şərhi, cild 6, səh. 50.
7. Əli Əsgər Rizvani, "Sələfigəri və pasox be şübəhat”, səh. 115.


 Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))