Shia.az SonUmidTv media
sitename

Nəticə:

Tarixi şəxsiyyətlərin bioqrafiyası və fərdi keyfiyyətləri haqqında danışarkən dolğun və ətraflı məlumat vermək üçün həmin insanın həyatına dair bütün bilgiləri toplamaq lazım olur. İşin çətin tərəfi də budur ki, bir insanın barəsində bütün məlumatları cəm etmək kifayət qədər zaman və zəhmət tələb edir. Əgər yazıçı və ya tərtibatçı bu çətin işin öhdəsindən gəlməyi bacararsa, nəticə də gözəl və kamil bir əsər ərsəyə gəlmiş olur. Lakin belə kamil bir əsər hər oxucu üçün cəldedici olmur və çox vaxt müşahidə olunmuşdur ki, cəmiyyətin əksər hissəsi bu cür kitablara az maraq göstərir. Ətraflı bilgiləri əhatə etmiş əsərlərin müştərisi yalnız həmin sahənin elmi işçiləri və və yaxud müvafiq mövzunu araşdıran xüsusu insanlar olur. Biz də öz növbəmizdə bu iki həqiqəti(vaxtın az olması və ictimanın maraq dairəsi) nəzərə alaraq çalışdıq ki, bu kiçik kitabda oxucuları lüzumu az olan məlumatlarla yormayaq və Əbu Hureyrə barəsində zəruri hesab etdiyimiz ümumi bilgiləri onlarla bölüşək. Kitabda keçmiş olan ümumi xarakterli mətləblərə bu nəticə bölümündə bir neçə cümlə ilə işarə etmək istəsək söz uzanmış olacaq və biz kitab boyu seçmiş olduğumuz üslubun əksinə hərəkət edəcəyik. Ona görə də toxunmuş olduğumuz bütün mövzuları özündə əks etdirmək üçün qarşıdaki 10 sualla bu kiçik kitabımızı tamamlamaq istəyirik:

1)Əbu Hureyrə hədis nəql etməkdə hamıdan önə keçdiyi və bunun sayəsində məşhurlaşdığı halda, görəsən niyə görə bu insanın adı və atasının ismi haqqında bizə dəqiq bir söz gəlib çatmayıb?!

2)Əziz Allah rəsulu(s) ilə yalnız 3 il birgə olmuş Əbu Hureyrə necə olur ki, besətin ilk günlərindən peyğəmbərin(s) yanında ömür sürmüş və peyğəmbərin(s) hər çətinliyinə şərik olmuş Əli(ə) və Əmmar Yasir kimi insanlardan daha çox hədis nəql edir?! Bu azmış kimi Əbu Hureyrə hətta ibn Abbas, Abdullah ibn Məsud və Ubey ibn Kəb kimi Quran hafizləri və təfsirçilərini belə geridə qoymağı bacarır. Görəsən bu qədər uğurların bir hiylə olmadan qazanila biləcəyini hansı ağıl sahibi qəbul edər?!

3)Xeybərin fəthində yəhudilərin məğlub olduğu zaman müsəlmanlara qoşulan və yalnız bir qarın toxluğu üçün peyğəmbərin(s) yanında olmuş Əbu Hureyrənin imanı nə qədər səmimi idi?!

4)Öncələri çox kasıb olmuş və fəqir səhabələrdən formalaşmış əshabi-siffədən biri kimi yaşamış Əbu Hureyrənin sonradan varlanıb son dərəcə zəngin biri kimi Mədinə şəhərinə əmir olaraq qayıtması maraqlı hadisə deyilmi? Görəsən bu bəxtəvərliyin səbəbi və ya səbəbləri nə olmuşdu?!

5)Əgər Əbu Hureyrə özünə məxsus bir kisəsinin olduğunu etiraf edirdisə biz niyə onun bütün sözlərinə inanmalıyıq?! Daha doğrusu öz sözünü Allah rəsulunun(s) sözü kimi təqdim edən və etirazla qarşılandığı zaman səhfini etiraf edən bir insanın digər sözlərinə biz niyə şübhə etməməliyik ki?!

6)Mərvan ibn Həkəm kimi hələ uşaq ikən peyğəmbərin(s) lənətinə gəlmiş, həyatı peyğəmbər(s) əhli-beytinə qarşı düşmənçiliklə keçmiş və əhli-sünnə qardaşlarımızın yanında hörmətli səhabə olan Təlhəyə ox atmış bir insanla Əbu Hureyrənin dostluğu və siyasi əməkdaşlığı onun şəxsiyyətini sual altına aparmırmı?

7)Yəhudi alimlərindən olmuş və çox həqiqətlərdən agah olduğu halda islamı peyğəmbərin(s) rehlətindən sonra, yəni müsəlmanların ictimai və siyasi qüdrəti hər yana yayıldığı zaman qəbul edən Kəbul-əhbarla Əbu Hureyrənin ünsiyyəti və qəribə olsa da ondan hədis nəql etməsi şübhə və tərəddüdlər yaradan bir hal deyildirmi?

8)Aişə xanımın Əbu Hureyrəyə dəfələrlə etiraz etməsi və onun sözünün əksini söyləməsi bizlərə pişiklər atasından şübhələnməyə əsas vermirmi? Məgər Aişə xanımın ona inanmaması balaca dəlildirmi?!

9)İkinci xəlifə Ömərin qəzəbinə gəlmiş Əbu Hureyrəni etimadlı ravi kimi qəbul etməmək qəbih bir işdirmi? Əgər qəbih bir işdirsə, bu halda xəlifə Ömər ona "ey Allah və rəsulunun düşməni” deməklə nə böyüklükdə günah işlətmişdi.

10)Danışdığı rəvayətlər həm sağlam ağıla, həm də Qurani-kərimin ayələrinə zidd olduğu halda və bir çox insanların gülüşünə səbəb olduğu bir durumda belə bir səhabənin kimliyindən şübhələnmək düzgün deyilmi?! Üstəlik nəzərə alsaq ki, bu insan hakim təbəqəyə çox yaxın və özünə məxsus kisəyə sahib bir səhabə idi.

" Müjdə ver o bəndələrimə ki, sözlərə qulaq asıb onların ən yaxşısına tabe olurlar. Onlar Allahın hidayət etdiyi şəxslərdir və əsl ağıl sahibləri də onlardır ( zumər surəsi 17 və 18-ci ayə).”

Müəllif: Rza Əliyev

 

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))