Uşaq portalı Rus Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Ayətullah Müctehidi Tehrani (r):
Ramazan ayının iyirmi altıncı gününün duasının təfsiri:


"İlahi, mənim səylərimi qiymətləndir"


İnsan əziyyət çəkir, bütün günü ac-susuz qalır, gecələri ibadətlə keçirir və səhərləri yorğun, məşəqqətlə iş başında olur. Heyfdir ki, bu əziyyətlər boşa getsin. Elə bil bir insan əkib-becərib, amma bir bəla gəlir, bütün əziyyəti hədər gedir və biçində heç nə əldə edə bilmir. Amma bu əməllər necə boşa gedə bilər? Əlbəttə ki, insanın öz əlilə. Bir qeybət edərsən, 40 gün əməlin aradan gedər. Kiminsə eybilə sənin nə işin var axı? Başqalarında balaca eyb axtarışındasan, amma öz böyük-böyük eyblərin qalıb. Məgər bizim özümüzün eyblərimiz yoxdurmu? Duada Allahdan bizim zəhmətimizi qiymətləndirilməsini istəməyimizin mənası budur ki, bizə kömək olsun günah edərək etdiyimiz yaxşı əməllərimizi hədər etməyək  Sonra duada deyirik ki:


"Günahlarımı bağışla"


Ramazan ayı möminin qazanc əldə etmə ayıdır. Bu ay çox bərəkətli aydır. Oruc adamın yatmağı, hətta nəfəs almağı belə savabdır. İnsanın bu ayda bağışlanma əldə etməyə müvəffəq olmaması təəccüb doğurar. Həzrət Rəsulullah(s) Şəbaniyyə xütbəsində buyurur ki, sizin çiyinləriniz günahlarla, ağır yüklə doludur. Bu ayda ibadət eməklə bu yükü boynunuzdan götürün. Bəli, günahlarımızdır bizi yaxşı əməlləri görməyə icazə vermir. Sübh namazına dura bilmirsənsə, günahlarının səbəbindəndir. Bir nəfər İmam Sadiqə(ə) dedi mən istəyirəm gecə namazı qılım, amma qıla bilmirəm. Buyurdu (ə) ki, günahların səni zəncirləyib. Əgər gecə namazı qılmaq istəyib, amma qıla bilmiriksə, günahlarımızın ücbatındandır. İnsan gərək günahlarından istiğfar eləsin. Bu ayın bərəkətindən çox istifadə edin. İftar edib yaxud obaşdan edib dərhal yatmayın. Bu ayın gecələrindən, səhərlərindən istifafə edin. Hədisdə buyrulur təəccüblüdür ki, insanlar itirdiyinin axtarışındadırlar, amma öz axtarışlarında deyillər. Vay o gündən insan özünü itirə, özünü tanımaya. Ramazan ayında gecə dəstəmaz alıb qaranlıq bir guşəyə çəkilib ixlasla, ürəkdən Allaha 100 dəfə deyin - axı mən kiməm? Özünü tanısan ki, kimsən, gecə namazı qılmağa da həvəs oyanar. Sonra dua edirik ki, 


"Əməllərimi qəbul et və eyblərimi ört"


Allahın əməllərimizi qəbul etməsini və etdiyimiz pis işlərimizi camaatdan gizli saxlamasını istəyirik. Allah da Səttarul-uyubdur. Yəni eybləri gizlədəndir. Ərhəmər-rahimindir. Yəni rəhimlilərin rəhimlisidir deyə günahlarımızı gizli saxlayır. Yoxsa iki nəfər bir-birilə oturub durmazdı. Hədis buyurur bir-birinizin qəlbindəkiləri bilsəydiniz heç bir-birinizin meyitinə yaxın durmazsınız.  Sonda dualarımızın qəbul olması üçün deyirik  


"Ey eşidənlərin ən yaxşı eşidəni"


Allah hamıdan yaxşı eşidəndir. Hətta yavaş desən belə səni eşidər. Həzrət Musa(ə) Allaha dedi: İlahi, yaxınsanmı sakit söhbət edim? Yoxsa uzaqsan fəryad edim? Allah cavabında buyurdu: Ey Musa, hər kim mənimlə söhbət edər, onu eşidərəm. 
Ey eşidənlərin ən yaxşı eşidəni, bizim bu gün etdiyimiz bu bir neçə duamızı bizdən qəbul elə.
Tural Cəfəri
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))