Uşaq portalı Rus Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Ayətullah Müctehi Tehrani (r):
Ramazan ayının iyirmi yeddinci gününün duasının təfsiri:


"İlahi, bu gün Qədr gecəsinin fəzilətini mənə nəsib et"
Bəzi təhqiq əhli bu duaya əsasən bu gecənin, yəni Ramazan ayının 27-ci gecəsinin Qədr gecəsi olduğunu bildiriblər. Ümumiyyətlə Qədr gecəsinin dəqiq nə vaxt olduğu barədə ixtilaf var. Hətta Nimeyi-Şəbanın Qədr gecəsi olduğunu, yaxud Fitr bayramı gecəsinin Qədr gecəsi olduğunu bildirənlər var. Amma Əhli-sünnə bu gecəni əsas bilir. Amma biz şiələr 19-cu, 21-ci və 23-cü gecəni Qədr gecəsi olduğunu ehtimal edirik. Ən əsasda 23-cü gecəni. Çünki həmin gecənin əməllərində elə əməllər var ki, digər gecələrdə yoxdur. Məsələn digər gecələrdə 1 qüsl almaq müstəhəbdirsə, 23-cü gecə 2 qüsl alırıq. Bir gecənin əvəlli, bir də sonu. Yaxud 23-cü gecədə "Rum", "Ənkəbut" və "Duxan" oxunur, halbuki digər gecələrdə belə bir əməlin şahidi olmamışam. Əvvəllər bu gecəni də əhya saxlayardılar. İlahi övliyaların bəziləri hətta il boyu əhya saxlayıb ki, Qədr gecəsini dərk etsinlər. Şair gözəl deyib. 
ای خواجه چه جویی ز شب قدر نشانی 
هر شب شب قدر است اگر قدر بدانی
(Ey Xacə, Qədr gecəsindən nə nişanə axtarırsan?!
Əgər qədrini bilsən elə hər gecə Qədr gecəsidir)
 Hər halda Allahdan istəyirik bizə Qədr gecəcəsinin savabını versin.
 Quran buyurur:
 Allahın iznilə mələklər nazil olar. Mələklərin enməsi üçün də bir duracaq lazımdır. O duracaq da insanların qəlbidir , amma nazil olur və qəlbimizdə boş yer tapmır ki, ora daxil olsunlar. Çünki qəlbimiz dünya məhəbbəti, övlad məhəbbəti, qadın məhəbbəti və ya başqa məhəbbətlərlə doludurm Eynilə təyyarə aeroporta gəlir, amma orda yer olmadığını bildirirıər və havada bir az dövrə vururlar. Mələklər də gəlib yer tapa bilmir, səhər isə qayıdıb gedirlər.


"İşlərimi çətinliklərdən asanlığa doğru yönəlt!".
Bu dünyada hamımızın problemləri var. Hərə də bir cürdür. Birinin borcu var, o birinin ailə üzvlərindən kimsə yaxşı, mömin adam deyil, yaxud qonusundan əziyyət çəkir və s. Allahdan istəyirik bütün çətinliklərimizi asanlığa doğru yönəltsin.


"Üzrlərimi qəbul elə"
Hamımızın pis əməlləri var. Allahdan istəyək ki, bu səhvlərimizi bağışlasın. Allaha deyək ki, İlahi, bağışla, bilməmişəm, anlamamışam. Necə ki, valideyn ağlayaraq üzr istəyən balasını qucağına alar, dəfələrlə onlardan mehriban olan Allah da biz üzr istədikdə bizi öz ağuşuna alar.


"Günah yükümü üstümdən götür!"
Yəni günahlarımı bağışla, məhv et. Əməl dəftərimdə heç bir etdiyim günah qalmasın. Sonra Allaha and verərək dualarımızn qəbul olması üçün deyirik


"Ey saleh bəndələrinə mehriban olan"
Allah bəndələrinə qarşı çox mehribandır. Hətta elə pis günahkarlar olub ki, elə pis əməllərin sahibi olublar ki, amma bir dəfə sidq ürəklə Allahdan bağışlanmaq istəyiblər, Allah da onları bağışlayıb və aqibətləri xeyirli olub. Allahdan istəyirik bizim bu gün etdiyimz duaları bizdən qəbul etsin.
Tural Cəfəri
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))