Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
» » » BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI Əqaid dərsi #50-ci hissə Ustad Hacı Əhliman
Русская версия сайта Русская версия сайта
sitename

BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI

 1.Məxluqların, xüsusilə, insanların yaradılışında mövcud olan fərqlər Allahın hikmət və ədaləti ilə necə uyğun gələ bilər? Nə üçün ədalətli və hikmətli Allah bütün varlıqları eyni səviyyədə xəlq etməyib? 

Cavab: Məxluqatın vücudundakı ixtilaflar yaradılış sistemi və ona hakim olan səbəb-nəticə qanunlarına tabedir. Onların hamısının eyni səviyyədə olması fərziyyəsi xam bir təsəvvürdür. Azacıq diqqət yetirdikdə məlum olacaqdır ki, belə bir fərziyyə yaradılışın tərk edilməsi ilə bərabərdir. Misal üçün, bütün insanlar kişi, yaxud qadın yaradılsaydılar, nəsil artımı baş verməz və insan nəsli kəsilərdi. Əgər bütün varlıqlar insan yaradılsaydı, onun yemək, içmək və s. kimi ehtiyacları təmin olunmazdı. Həmçinin, əgər bütün heyvanlar və ya bitkilər bir növ və bir rəngdə yaradılıb, hamısı eyni xüsusiyyətlərə malik olsaydı, saysız-hesabsız fayda və gözəllik vücuda gəlməzdi. Varlıqlardan bu, yaxud başqa birisinin yaranması, həmçinin bu, yaxud başqa bir şəkildə olan xüsusiyyətlərdə yaranması, maddənin hərəkət və dəyişikliyi prosesinə tabe olan səbəb və şərtlərdən asılıdır. Heç kəsin yaradılışdan qabaq Allahın üzərində bir haqqı yoxdur ki, “onu belə, yaxud başqa cür yaratsın”, yaxud “bu yerdə, yaxud başqa bir yerdə, bu zamanda, yaxud o zamanda qərar versin” deməklə ədalət və ya zülmdən danışmağa yer qalsın. 

2.Əgər Allahın hikməti insanın bu dünyada yaşamasını tələb edirsə, onda nə üçün onu öldürür və həyatına son qoyur?

 Cavab: Əvvəla, varlıqların bu dünyadakı ölüm və həyatları da təkvini və səbəb-nəticə qanunlarına bağlıdır və bunlar yaradılış sisteminin tələbidir. İkincisi, əgər canlı varlıqlar ölməsəydi, sonrakı varlıqların yaradılmasına şərait yaranmaz və gələcək nəsillər vücud və həyat nemətindən məhrum olardı. Üçüncüsü, əgər bütün insanların diri qalmasını fərz etsək, qısa bir zaman ərzində yer üzü onların həyatı üçün daralar və əzab-əziyyətdən, aclıqdan ölüm arzusu edərdilər. Dördüncüsü, insanın yaradılışında əsas hədəf əbədi səadətə çatmaqdır, insanlar ölüb bu dünyadan köçməyincə son hədəflərinə nail ola bilməzlər. 3.Mövcud oln bu qədər əzab-əziyyətlər, xəstəliklər, təbii fəlakət və bəlalar (sel və zəlzələ kimi), ictimai çətinliklər (zülmlər və müharibələr) Allahın ədaləti ilə necə uyğun gəlir? 

Cavab: Əvvəla, xoşagəlməz təbii hadisələr maddi amillərin qarşıdurmasından və onların arasındakı qarşılıqlı təsirdən irəli gəlir. Onların xeyirləri şərlərinə qələbə çaldıqda hikmətin əksinə deyil. İctimai pozuntuların, haqsızlıqların yaranması insanın azad və ixtiyar sahibi olmasından irəli gəlir ki, bu da ilahi hikmətin tələbidir. Eyni zamanda ictimai həyatın mənafeyi onda mövcud olan pozuntulardan, haqsızlıqlardan daha artıqdır. Əgər pozuntular qələbə çalarsa, yer üzündə insan qalmaz. İkincisi, bir tərəfdən bu qədər əzab-əziyyətlər, çətinliklər insanın təbiətin sirlərini kəşf etməsinə, müxtəlif elm və texnikanın yaranmasına səbəb olur, digər tərəfdən də bu kimi amillərlə mübarizə aparmaq istedadların çiçəklənib inkişaf etməsinə, insanların tərəqqi və təkamülünə səbəb olur. Nəhayət, bu dünyada hər cür əzab-əziyyətə və çətinliyə sinə gərmək düzgün məqsədlə olarsa, əbədi axirət dünyasında çox dəyərli mükafata malik olacaq və onun əvəzi ən gözəl şəkildə veriləcəkdir. 4.Bu dünyada məhdud zaman ərzində edilən günahlar üçün əbədi əzab verilməsi ilahi ədalətlə necə uyğun gələ bilər? 

Cavab: Yaxşı əməl ilə axirət mükafatı və pis əməl ilə axirət cəzası arasında bir növ səbəbiyyət əlaqəsi mövcuddur ki, ilahi vəhy vasitəsilə camaata xatırladılmışdır. Elə bu dünyada bəzi cinayətlərin uzun-uzadı və acınacaqlı təsirləri olur, məsələn, insanın özünün, yaxud başqasının gözünü bir anda kor etməsinin nəticəsi ömrünün axırına qədər kor qalmasına səbəb olur. Böyük günahlar da axirətdəki əbədi təsirlərə malikdir. Əgər bir şəxs bu dünyada onların təsirinin aradanqaldırma vasitələrini (tövbə kimi) tədarük görməzsə, onun pis nəticələri əbədi nəsibi olacaqdır. İnsanların bir anlıq törədilən cinayət vasitəsilə ömürlərinin axırına qədər kor qalmaları ilahi ədalətlə zidd olmadığı kimi, böyük günahlar sayəsində əbədi əzaba düçar olmağın da ilahi ədalətlə ziddiyyəti yoxdur. Çünki bu, günahkar şəxsin agahlıq və qəsdən etdiyi əməlin nəticəsidir.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))