Shia.az SonUmidTv media
» » Ayətullah əl-uzma Seyyid Ruhullah Xomeyninin təhrif şübhəsinə kəskin etirazı
Русская версия сайта Русская версия сайта
sitename


Ayətullah əl-uzma Seyyid Ruhullah Xomeyninin təhrif şübhəsinə kəskin etirazı

Hacı Nuri və bənzər əxbari alimlərinin bir sra zəif hədislərə aldanmaları, həmçinin bu mövzuda olan bəzi səhih hədislərin   düzgün yozumunu anlamamaları onların təhrif şübhəinə inamasına səbəb olmuşdur.

Bu inanc şiə məzhəbinin qəti görüşünə zid olduğuz üçün şiə alimləri bu mövzunu daim diqqət mərkəzində saxlamış qədimdən indiyədək ona rəddiyyələr yazmışlar.

Düzdür ki, bu mövzu artıq köhnəlmişdir və halhazırda heç bir şiə alimi bu şübhəni qəbul etmir, lakin günümzdə bəzi qərəzli firqələrin böhtan və ittihamları səbəb olur ki, müasir alimlərimiz də bu  mövzudan yan keçməsinlər.

Şiənin ən məşhur görkəmli alimlərindən biri, "İmam Xomeyni" kimi tanınan Seyyid Ruhullah Musəvi Xomeyni həmişə həm dərslərində, həm də çıxışlarında möhkəm dəlillərlə təhrif şüphəsini  rədd edir, bu fikrin tərəfdarı olan əxbari alimlərinə öz kəskin etirazını bildirirdi.

İmam Xomeyni çıxışların birində mövzuya bu şəkildə münasibət bildirir:

" Hətta Əmirul-mumininin (ə) və ya İmam Səccadın (ə) öz xətti ilə yazdığı Quran indi aramızda mövcud olan həmin bu Qurandır. Bundan başqa heç bir şey yoxdur, heç bir dəyşiylik də olmamışdır. (Səhifəyi-İmam cild.4 səh 191)

Bu baxış şiənin ən böyük alimlərindən  biri, "kutubu ərbəə” dən (4 mənbə kitablardan) biri olan “Mən la yəhdurul fəqih” kitabının müəllifi Şeyx Səduqun Qurana baxışı ilə eynidir. Şeyx Səduq Şiə inanclarının toplusu sayılan “Risalətul-Etiqadat” əsərində Quraani –Kərim haqqında belə buyurur.

“Etiqadımız budur ki, Allahın öz Peyğəmbərinə (s) Nazil etdiyi Quran kitabın (üst və alt qabığn) içində olanlardır.

O, da insanların əlində olan həmin bu Qurandır. Ondan çox deyildir... kim Quranın bundan çox olduğuna inamağı bizə nisbət versə, o, yalançıdır.” (Risalətul etiqad, səh,93)

Əslində İmam Xomeyni şiə böyüklərinin sözünü deyirdi. 

O, Hacı Nuri və onun kimi düşünən əxbari alimlərə irad edərərk buyurur: ”Əgər həqiqət bu və bunun kimilərin dediyi kimi Allahın kitabı Quran Əhli-beytin (ə) adı və fəzilətləri, habelə Əmirul-muminin (ə) adı, onun vəsiliyi və imamətinin isbatı ilə dolu idisə, bəs nə üçün Əmirul-muminin (ə), Fatimə (s.ə), Həsən və Huseyn (ə) həmin nazil olan ayələrin və qəti dəlillərin birinə belə istinad etmədilər?!(ənvarul-hidayə, səh 245)

Necədə ağlabatan və məntiqli bir yanaşmadır. Bəli, həqiqətən də Əhli-Beytin (ə)öz haqqlarını müdafiə etməsi üçün istinad etdiyi ayələr hazırda əlimizdə olan  Quran ayələridir. Bəs hanı o çıxarıldığı iddia olunan ayələr, niyə onlara istinad edilməyib?! Nə üçün Hz. Əli (ə) imamətlə bağlı qövmlə mübahisə edərkən, nə üçün Hz.Fatimə (s.ə) Fədəkiyyə xütbəsini söyləyərkən iddia olunan ayələrə istinad etmədi?! 

Bu fakt təhrifin bir əfsanə olduğunu gğstərmirmi?! 

Bu mövzu İmam Xomeyni üçün o qədər əhəmiyyətli idi ki, onu usul dərslərində tələbələrin qarşısında daha aydın formada müzakirəyə çıxardır.

Qeyd olunmalıdır ki,  Quranın şiə fiqhində höccət olması, yəni şəriətin əsasını təşkil edən ana mənbə olması tarix boyu ixtilafsız bir məsələ olmuşdur. İmam Xomeyni Quranın fiqhimizdə höccət olması bəhsində əxbarilərin Quran barəsindəki narəva zənlərini möhkəm dəlillərlə puça çıxardır. O, dərslərin birində belə buyurur:

 "İslam tarixinə müraciət edən hər bir kəs müsəlmanların Quranın qiraətinə, hifzinə və yazılışına nə dərəcədə önəm verdiklərinin şahidi olar. O zaman anlayacaq ki, təhrif nəzəriyyəsi nə qədər əsassız və reallıqdan uzaqdır. Bəzi rəvayətlərdə bu nəzəriyyəni dəstəkləyən işarələrə gəlincə , qeyd olunmalıdır ki, ounların bəzisi zəif, bəzisi məchul, bəzisinin məzmunu isə namunasib və uyğunsuzdur. O rəvayətlərdən bir qurupu isə səhih olsalarda məzmunları heç vaxt təhrifə dəlalət etmir, onlar əslində Quranın təvili (batini mənası) və misdaqın (nümunənin) ayələrə tətbiq olunmasıdır." (Təhzibul- üsul, cil-2, səh-165)

İmam Xomeyninin nəzərinə görə Əhlibeytin (ə) zikri, onların fəzilətləri Quranda bir başa yox, dolayısı və işarə ilə qeyd olunmuşdur. O, Kəşful əsrar kitabının 131-ci səhifəsində belə yazır: 

" Biz deyirik: Qurani-Kərimdə "Əmr sahibləri", "Zikr əhli”, Təthir ayəsindəki "Əhli-Beyt", “ Sadiqlərlə birgə olan” -(Kunu Məs-Sadiqin”) ayəsindəki “Sadiqlər”, "Allahın ipi”, "Allahın yolu”, ”sirati mustəqim”, Maidə 55-ci ayədəki “Möminlər”, “Biz əmanəti göstərdik” ayəsindəki əmanət və bunlardan başqa yüzlərlə ayə İmamət və imam barəsindədir. Lakin İmamın adı xususi olarq Quranda qeyd olunmamışdır." 

Sonda şiə böyüklərinin Quran barəsindəki həssaslığı tam aydın olsun diyə İmam Xomeyninin Salman Rüşdi haqqında verdiyi o məşhur fətvanı xatırlatmaq istəyirəm: 

“O uca Allahın adı ilə, biz Allah üçünük və Ona tərəf qaydarıq.

Bütün dünayanın qeyratli müsəlmanlarının diqqətinə çatdırırq ki, İslam, Peyğəmbər(s) və Quran əleyhinə yazılıb çap olunmuş “Şeytan ayələri” kitabının müəllifi edama məhkumdur. Qoy bundan sonra heç kəs müsəlmanların müqəddəs dəyərlərini təhqir etməyə cürət etməsin...vəs-səlamu əleykum və rəhmətullahi və bərkatu.”

Ruhullah Musəvi Xomeyni”

Qeyd: Salman Rüşdi “Şeytan ayələri” kitabını əhlisünnə mənbələrində rəvayət olunan “Ğəraniq” əfsanəsinə əsaslanaraq yazmışdır.

Ayətullah əl-uzma Seyyid Ruhullah Xomeyni şiə böyüklərindən sadəcə biridir və biz bu müxtəsər yazıda onun Qurana baxışının bir hissəsini çatdırmağa çalışdıq. Qərəzli firqənin yalan və böhtanları ifşa olsun deyə digər şiə böyüklərinin nəzərlərini də sizələrə çatdırmaqda davam edərik, inşallah...

Ardı var...

Hacı Samir Ağayev
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))