Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

"Zuha" surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

1. And olsun səhərə!

2. And olsun sakitləşməkdə olan gecəyə!

3. Rəbbin səni əsla tərk etməmiş və sənə acığı tutmamışdı.

4. Həqiqətən, axirət sənə dünyadan daha yaxşıdır.

5. Tezliklə Rəbbin sənə o qədər (nemət) bəxş edəcək ki, razı qalacaqsan.

6. O, səni yetim çağında götürüb sığınacaq vermədimi?!

7. İtib-batdığın halda səni doğru yola yönəltmədimi?!

8. Kasıb olduğun zaman səni varlandırmadımı?!

9. Elə isə yetimə xor baxma!

10. Səndən kömək diləyəni qovma!

11. Rəbbinin nemətindən danış.

“Zuha” surəsinin ümumi məzmunu: Peyğəmbərə (s) on beş gün vəhy nazil olmadığını eşidən müşriklər deyirlər: “Mühəmmədin Rəbbi onu tərk edib, ona qəzəbi tutub. Əgər o, doğrudan da Allah tərəfindən göndərilibsə, vəhy əlaqəsi heç zaman kəsilməməli idi”. Bu surə nazil olur və müşriklərə cavab verir. Allah Peyğəmbərə (s) onu tərk etmədiyini, ona razı qalacağı qədər rəhmət göstərəcəyini müjdə verir; Peyğəmbərin (s) keçmişini xatırlayaraq hər zaman onu necə himayə etdiyini xatırladır. Buna görə də verilən nemətlərin şükrünü etməsi üçün ona yetimlərə və yoxsullara mehribanlıq göstərməsini, Allahın nemətini xatırlamasını göstəriş verir.[1]

5. Rəbbin sənə o qədər (nemət) bəxş edəcək ki, razı qalacaqsan: Allahın “Tezliklə Rəbbin sənə o qədər (nemət) bəxş edəcək ki, razı qalacaqsan”, - deyə buyurması Onun Peyğəmbərə (s) qarşı olan böyük hörmət və ehtiramının göstəricisidir. Dünyada düşmənlərinə qalib gələcəyi, dininin bütün dünyaya yayılacağı, axirətdə də Allahın üstün nemətlərinə layiq görüləcəyi xəbəri Peyğəmbəri (s) razı salacaq müjdələr olmuşdur. Həzrət Mühəmməd (s) peyğəmbərlərin sonuncusu və dünyanın rəhbəri olduğu üçün onun razılığı təkcə özünün xilasında deyil. O, o zaman razı qalar ki, ümməti ilə bağlı şəfaəti qəbul edilsin. Buna görə də hədislərdə sözü gedən ayənin Qurandakı ən ümidverici, eyni zamanda şəfaəti sübuta yetirən ayələrdən olduğu qeyd eidlmişdir. Möminlərin əmiri İmam Əlinin (s) Peyğəmbərə (s) istinad etdiyi bir hədisdə belə buyurulur: “Qiyamət günü mən şəfaət duracağında dayanıb o qədər günahkları bağışlatdıracağam ki, Allah-taala buyuracaq: “Ey Mühəmməd, razı qaldın?” Mən də: “Razı qaldım”, - deyə cavab verəcəyəm”. Əlbəttə, qeyd etməliyik ki, şəfaətin də şərtləri var, nə Peyğəmbər (s) hər kəsə şəfaət edəcək, nə də hər günahkar şəfaətə layiq olacaq.[2] “Nisa” surəsinin 116-cı, yəni “Allah özünə şərik qoşulmasını bağışlamır, ondan aşağısını istədiyinə (layiq gördüyünə) bağışlayır” ayəsini şərh edərkən İmam Əliyə (ə) istinad edilən bir hədisdə onun bu ayəni ən ümidverici ayələrdən biri kimi təqdim etdiyini oxumuşduq. Bu ayələri və hədisləri yanaşı qoyanda belə qənaətə gəlmək olar ki, Allah şirk içində ölən adamı bağışlamır, ancaq imanı olan digər günahkarları Peyğəmbər (s) və digər şəfaətçilərin vasitəçiliyi ilə bağışlayır. Əslində bu iki ayə birlikdə eyni mənanı ifadə edir. 

7. “Zəlalət” deyilərkən nə nəzərdə tutulur? Bax: “Şura” surəsinin 52-ci ayəsi.

9. Yetimlərə qayğı: Ayə və hədislərdə yetimlərə xüsusi diqqət göstərilmişdir. Bunun səbəbi isə yetimlərin qayğı və nəvazişdən məhrum olmasıdır. Əgər bu çatışmazlığın yeri doldurulmasa, uşaqlar qeyri-sağlam, əksər hallarda daşürəkli, cinayətkar və təhlükəli yetişəcəklər. Bundan başqa, insanlıq hissləri onlara da digər uşaqlar kimi diqqət, qayğı göstərilməsini tələb edir. Digər tərəfdən, insanlar gələcəkdə öz uşaqlarına da belə bir vəziyyətə düşəcəyi təqdirdə qayğı və nəvaziş göstəriləcəyindən əmin olmalıdırlar. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Yetim ağlayanda Allahın ərşi titrəyər... Bu vaxt Allah buyurar: “Ey mələklərim, sizi şahid tuturam ki, hər kim onu sakitləşdirsə, könlünü alsa, Qiyamət günü Mən də onu sevindirərəm.”[3] İslam Peyğəmbəri (s) başqa bir hədisində belə buyurmuşdur: “Kim yetimin başını nəvazişlə oxşasa, Qiyamət günü əlinin toxunduğu tük qədər nuru olar.”[4] Müasir dövrün inkişaf etmiş cəmiyyətlərində müsəlmanlar bu sahədə fərdi işlərlə kifayətlənməməli, güclərini birləşdirib yetimləri dəqiq iqtisadi, mədəni və təhsil proqramları ilə himayə etməli, onlardan cəmiyyət üçün layilqi şəxsiyyətlər hazırlamalıdırlar.[5]

[1] Nümunə, c.27, səh.92

[2] Nümunə, c.27, səh.99

[3] Nümunə, c.27, səh.92

[4] Nümunə, c. 27, səh.99

[5] Nümunə, c. 27, səh.106

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))