Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
» » » "Müstəzəf" məzlumlar yer üzünün rəhbərəri və varislərləri olacaqlar
Русская версия сайта Русская версия сайта
sitename
TƏFSİR: Qəsəs/5.
"Müstəzəf" məzlumlar yer üzünün rəhbərəri və varislərləri olacaqlar


"Bis isə istəyirdik ki, o yerdə zəif düşürülüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fir’onun mülkünə) varislər edək." (Qəsəs, 5). 
وَ نُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَ نَجْعَلَهُمُ الْوَارِثِينَ
 
Həzrət Musa (ə) ilə fironilərin cinayətləri dastanında qeyd edilmiş bu ayədə Allah-Taala yer üzündə sonda "müstəzəf" məzlumların qələbə çalacağının, yer üzünə hakim və varis olacaqlarının İlahi bir qanun və sünnə olduğunu vurğulayır. 
Allah-Taalanın bu ayədə ümumi bir qanunu "davamlı gələcək feili" formasında bəyan etməsi məzlumların ürəyində ümid işığını yandırır. 
Yəni "müstəzəf" məlzumlar belə təsəvvür etməsinlər ki, bu ayə təkcə Firon hakimiyyətinə və Bəni-İsrailə aiddir.
Ayədə qeyd edir ki, Firon Bəni-İsraili məhv etmək və qüdrətini sındırmaq istəyirdi. Amma Allahın iradəsi budur ki, məzlumlar həmişə yer üzünə hakim olsunlar və sonda da belə olacaq.
Amma məsələ burasındadır ki, ayədə deyilən "müstəzəfin" (zəif məzlumlar) kimlərdirlər və hansı sifətlərə malikdirlər?! 
"Müstəzəf" zəif, gücsüz və qüdrətsiz bir insan və ya bir qrupa deyilmir. "Müstəzəf" o kəsdir ( və ya qrup, və ya xalq və millətdir) ki, potensial olaraq (bil-qüvvə və bil-fel) qüdrətli və güclüdür, lakin zalimlər tərəfindən təzyiq və təqibə məruz qalır, sıxışdırılır, fəaliyyət imkanı verilmir, amma bununla belə həmin kəs (və ya millət) əl-ayağına bağlanmış bu zülm zəncirləri ilə barışmır, təslim olmur və həmişə əl-ayağına başlanmış zəncirləri qırmaq, zalimləri yerinə oturtmaq, azad olmaq, haqqını almaq və ədaləti bərpa etmək üçün çaba göstərir. 
Allah-Taala belə bir kəsə və belə bir millətə yer üzünün hakimiyyəti və varisliyi vədəsini vermişdir, əl-ayaqsız, qorxaq, mübarizə meydanına atılmayan, səsini çıxarmayan, zülmə baş əyən və hətta öz məzlumiyyətini bildirmək üçün qışqırmaq istəməyən birinə bu vədə verilməmişdir.
Qeyd edək ki, "müstəzəf"lər də bir neçə qrupdur: mədəni, fikri, elmi, iqtisadi, əxlaqi, siyasi və sair. Qurani-Kərimdə daha çox "siyasi və əxlaqi" müstəzəflərin üzərində təkid etmişdir.
Şübhəsiz ki, imperialistlər öz şeytani siyasətlərini möhkəmlətmək üçün hər şeydən çox qurbanlarının düşüncə, təfəkkür, elm, iman, əxlaq, siyasi bəsirət, mədəniyyət və incəsənət və bütün mənəvi dəyərlərini sıradan çıxartmaqla onları özlərinə tabe və qul etməyə çalışırlar. 
Belə olduqda "müstəzəf"lərin siyasi, iqtisadi və hərbi meydanlarda mübarizə gücü qalmır, hakimiyyəti ələ almaq, zülmdən qurtarmaq barədə düşünmür və özlərini buna inandırırlar ki, "imperialist" qüvvələr hər şeyə qadir və daha bacarıqlıdırlar. 
Yuxarıda qeyd etdiyimiz ayədə də (Qəsəs/5) Allah-Taala Bəni-İsraili misal olaraq önə çəksə də, ümumi və bütün zaman və məkanlara və bütün ümmətlərə şamil olan bir qanundan danışır. 
Bu ayədə həm də Allah-Taala bütün azadlıq və ədalət sevən insanlara haqqın batilə, imanın küfrə qəti qələbəsi və zülmün çıxarağının həmişəlik sönəcəyi müjdəsini verir.
Bu ayə qismən Fironun məğlubiyyəti və Bəni-İsrailin hakimiyyətə çatması, ondan daha kamil şəkildə İslamın zühuru və Peyğəmbərin (s) hakimiyyəti ilə reallaşdı və İmam Mehdinin (ə.f) zühuru ilə ayə öz kamil təfsirini alacaqdır.
Əlbəttə ayənin kamil təfsirinin İmam Mehdinin (ə.f) zühuru ilə reallaşması buna mane deyil ki, zühurdan öncə "müstəzəf"lə zülmə baş əyməli və sakit qalmalıdırlar, əksinə tarixin müxtəlif dövrlərində baş verdiyi kimi məhdud şəkildə də olsa haqq və ədalət hakimiyyəti qurmağa çalışmalı və zalimlərlə mübarizə aparmalıdırlar. Çünki Allah-Taala vədə verib ki, şərait yaranarsa, müstəzəfləri zalimlər üzərində qalib edəcək və onlar istədikləri ədalət dövlətini qura biləcəklər. (Nümunə təfsiri, c. 16, s.15).
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))