Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename


​​İnsan elə varlıqdır ki, bir aləmi arxada qoymuş və başqa aləmə üz tutmaqdadır. İnsan ölən zaman dünya aləmindən axirət aləminə köç edər. Axirət aləminin ən birincisi bərzəx aləmi olar. Qiyamət bərpa olandan sonra isə insan əbədi behiştə və ya cəhənnəmə çatar. Bərzəx aləminin sifətlərindən biri – qəbir əzabıdır.
 
Qəbir əzabı müxtəlif insanlar üçün müxtəlif olur. Bəzi insanların qəbir əzabı olmaz. Bəzilərinin qəbir əzabı şiddətli olar. Bəzilərinin qəbir əzabı zəif olar. Bütün bu əzablar əməllərdən asılıdırlar.
 
Bəs nə edək ki, qəbir əzabımız aradan getsin?
 
1. Gecə namazı qılmaq və rükunu kamil şəkildə yerinə yetirmək. İmam Rza (ə) buyurur: “O kəs ki, gecə namazı qılar, Vitr namazının qunutunda 70 dəfə istiğfar edər – qəbir əzabından pənah verilmiş olar”.
İmam Baqir (ə) buyurur: “Hər kim namazın rükusunu kamil şəkildə yerinə yetirər, qəbrin vəhşəti ona çatmaz”.
 
2. Vəhşət namazı. Bu namaz bir çox ölüləri qəbir əzabından xilas etmişdir.
 
3. Həccə getmək. Hədislərdə oxuyuruq ki, hər kim dörd dəfə həccə gedərsə, qəbir əzabı ondan götürülər.
4. Sədəqə vermək.
 
5. Quranın bəzi surələrini oxumaq. İmam Əli (ə) buyurur: “Hər kim hər cümə günü “Nisa” surəsini oxuyarsa, qəbir əzabından amanda olar”. /Deyerler.org/(Beytutə)
6. Qəbrin üzərinə su tökmək. 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))