Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

Şakir insan – o kəsdir ki, Allahın neməti ilə günah işlətməz. İlahi nemətə söykənərək, Allahla müxalif olmağa qalxmaz.
 
Doğrudan da, necə də böyük cinayətdir ki, insan Allahın ona verdiyi bədən üzvləri ilə, torpaq, hava, yeyəcək, geyəcək – ixtiyarına qoyulan bütün digər maddi nemətlərlə günah edər və Allahla müxaliflik edər!

Günahkarın günah etmək üçün ixtiyarında ancaq İlahi nemətlər olar. O kəs ki, naməhrəmə baxmaq istəyər, gərək göz nemətindən istifadə etsin ki, bu günahı törətsin. Bununla da özünü cəhənnəmlik edir.
 
O kəs ki, ğinaya qulaq asmaq istəyər, gərək qulaq nemətindən istifadə etsin.
 
O kəs ki, yalan danışmaq istəyər, töhmət vurmaq istəyər, qeybət etmək istəyər, iftira vurmaq istəyər... – gərək dil nemətindən istifadə etsin.
 
Ona görə də ehtiyatlı olaq ki, nemətlər bizim bədbəxtlik amilimizə çevrilməsin.
 
Allah bu nemətlərin hamısını ona görə bizə vermişdir ki, biz xoşbəxt olaq. Nemətlərin qədrini bilək. Nemətdən istifadə etmək yollarını Məsumlardan (ə) öyrənmək lazımdır. (Beytutə/Deyerler.org/)
 

 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))