Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
KİMLƏRLƏ MƏSLƏHƏTLƏŞƏK?
İmam Əli (ə) buyurmuşdur:
"Paxıl adamla məsləhətləşmə ki, o, səni yaxşılıqdan və bəxşiş verməkdən saxlayar və yoxsulluqla qorxudar. Qorxaq adamla da məsləhətləşmə ki, o səni işlərdə süstləşdirər. Həris adamla da məsləhətləşmə ki, o, hərisliyi sənin gözündə gözəlləşdirər!”
İzah:
Dəyərli şəxslərlə məsləhətləşmək səmərəli nəticələr verdiyi kimi, aşkar zəif nöqtələri olan şəxslərlə məsləhətləşmək isə əks nəticələrlə qurtarır. Elə bu səbəbdən də, imam Əli (ə) mühüm ictimai işlərdə üç dəstə ilə məsləhətləşməyi təkidlə qadağan edir; paxıllar, qorxaqlar və hərislərlə. Çünki birinci dəstə insanı Allahın bəndələrinə xidmətdən, yaxşılıq və bəxşişdən saxlayır. İkinci dəstə mühüm işlərdə onun iradəsini süstləşdirir. Üçüncü dəstə isə insanı başqaların hüquqlarına təcavüz etməyə daha da həris edir.
1. "Nəhcül-bəlağə”, məktub 53.
2. Bax:"Təfsiri-nümunə” "Və şavirhum fil-əmr” (İşlərdə bir-birinizlə məsləhətləşin!) – ayəsinin təfsirinə.

www.ehlibeyt.info

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))