Shia.az SonUmidTv media
sitename
Qurban bayramı, yoxsa, "ət festivalı"
"Allah-Taala Qurban kəsməyi yoxsullarınızı ət ilə doyurmaq üçün vacib etmişdir. Belə isə qurbanlıq ətindən onlara yedirdin". 
«إنَّما جَعَلَ اللّه ُ الأضحى لِتشبَع مَساكِينكُم مِنَ اللَّحمِ فَأطعِمُوهُم»
Həzrət Məhəmməd (s) / Şeyx Səduq, "Səvabul-Əmal", s.59.
P.S: Qurban kəsməyin fəlsəfəsi kasıbları və yoxsulları ətlə təmin etməkdir. Peyğəmbərin (s) hətta borc alaraq Qurban kəsməyi tövsiyə etməsinin də səbəbi budur. Yəni hazırda pulun yoxdursa, amma sonradan ödəməyə imkanın çatırsa, borc al və Qurban bayramı günü kasıbları onlara ət verməklə sevindir. 
Qurban bayramının mənası bu deyil ki, həmin gün mütləq hamı ət yeməli və bütün evlərdə qazan qaynamalıdır. Qurban bayramının fəlsəfəsi kasıb uşaqlarına və kasıb ailələrə doyum qarına ləzzətli yemək sevinci yaşatmaqdır. Bu sevinci kasıb ailələrə yaşatmaq üçün borc almaq imkanın varsa, buna da getməlisən, deyib Peyğəmbər (s).
Təəssüflər olsun ki, Qurban bayramı cəmiyyətimizdə "dua oxunmuş bıçaqla ət yemək" festivalına çevirilib. Öz həqiqi hədəfindən uzaqlaşıb. Qəssablar və hər fürsətdə camaatı soymağa çalışanlar da "dua oxunmuş bıçaq"la Qurban bayramı günü fəqir-füqəranın yırtıq  cibini bir az da cırıb dizində qoymağa çalışırlar.  
Əziz müsəlmanlar, İslam dinində "ət yedi festivalı" adlı bir ayin yoxdur. Qurban bayramı kasıbları sevindirmək, yoxusllar ilə İbrahim (ə) və İsmayılın (ə) Allahı arasında tövhid bağlılığını möhkəmlətmək və cəmiyyətə tövhid dininin dəyərlərini çatdırmaq üçündür. 
Peyğəmbərimiz (s) buyurur ki, Qurban bayramı 
هذا یَومُ الثَّجِّ و العَجِّ 
Allah yolunda "qan tökmək" (Allahın razılığı üçün dünya malından keçmək və onu yoxsullarla bölüşmək) və " şivənli dua" günüdür, yəni dünya malından əl çəkib bütün varlığınla Allah qapısına gəlib bağışlanmağın üçün uca səslə dua etməlisən. Eyni ilə İmam Hüseynin (ə) Ərəfə duasını oxuyaraq öz qurbanları ilə eşqin minasına, Kərbəla səhrasına gəldiyi və qanlarını Allah yolunda axıtdığı kimi. 
Qurban bayramı bizi Ərəfədən götürüb Həzrət Hüseynin (ə) eşq minasına aparmırsa, bayram deyil, "ət festivalı"dır.
t.me/mirmehemmed_beshir
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))