Shia.az SonUmidTv media
sitename

QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ

İmam Əli ibn Əbu Talib (ə) Cəməl savaşı gedişində adam göndərib, Təlhə ibn Übeydullahla görüşmək istədiyini bildirdi və görüş zamanı Qədir-Xüm hədisini onun yadına saldı. Təlhə əvvəlcə bu hədisi xatırladığını bildirdi, amma Əlinin: «Bununla belə, yenə mənimlə döyüşürsənmi?» sualının qarşısında inadkarlıq edib, hədisi unutduğunu söylədi (Hakim Nişaburi. Əl-Müstədrəkü ələs-Səhiheyn, III, 371; Məsudi. Mürucüz-zəhəb, II, 364-365, Məsudi yazır ki, Təlhə bundan sonra peşman olub döyüşdən uzaqlaşdı və Mərvan ibn Həkəm bundan qəzəblənib onu oxla vurdu; Xətib Xarəzmi Hənəfi. Əl-Mənaqib, 182, 221-ci hədis; Heysəmi. Məcməüz-zəvaid və mənbəül-fəvaid, IX, 133-134 və s.).


Həzrət Əlinin (ə) Qədir-Xüm hədisinə istinadı barədə faktların sırasında biri mənbələrdə daha geniş xatırlanır. Əllamə Əmininin «əl-Ğədir» kitabında yazdığı kimi, bu hadisə 4 səhabənin və 14 nəfər tabiinin rəvayətinə əsasən, onlarla kitabda öz əksini tapmışdır. Söhbət Həzrət Əlinin (ə) Kufə kənarındakı çöldə (ərəblər buna «rəhbə» deyirlər) öz tərəfdarlarını toplayaraq, onlardan Qədir-Xüm hədisini eşidib-eşitmədikləri barədə soruşmasından gedir. Imam Əli (ə) Kufədə ona sadiq olan insanları bir yerə toplayaraq, Qədir-Xüm hədisini eşidənlərin şahildilk etməsini tələb etdi. Bu zaman bir neçə səhabə ayağa qalxıb, həmin hədisi vida həccindən qayıdarkən Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən şəxsən eşitdiklərinə şəhadət verdilər. Bunların sayı barədə məlumatlar fərqlidir. Bəzi rəvayətlərdə 10 nəfərdən artıq, bəzi hədislərdə isə 12, 13, 16, 17 və ya 30 nəfərin şəhadət verdiyi bildirilir. Rəqəmlər arasındakı fərqi tədqiqatçılar aşağıdakı səbəblərlə bağlayırlar: Ola bilər ki, hadisədə iştirak edən bəzi şəxslər şəhadət verənlərin hamısını tanımamış və yalnız tanıdıqları adamların sayını və adını qeyd etmişlər. Bəlkə də izdihamın çoxluğu üzündən şəhadət verənlərin sayını tam müəyyən etmək çətinlik törədib. Bəlkə də bəzi rəvayətçilər yalnız ənsardan olan şəxsləri, bəziləri isə Bədr savaşında iştirak etmiş səhabələri saymışlar. Çünki hadisənin təsvirinin müxtəlif varinatlarında tez-tez şəhadət verənlərin hamısının və ya bir hissəsinin Bədr döyüşçüləri olduğu bildirilir. Məlum olduğu kimi, Bədr döyüşünün iştirakçıları hələ Peyğəmbərin sağlığında çox uca məqama sahib idilər, sonrakı xəlifələr də onları yüksək dəyərləndirirdilər. Bədr iştirakçılarının şahidliyi məhkəmələrdə xüsusi dərəcədə etibarlı sayılırdı. Onları fəxrlə «bədriyyun» adlandırırdılar. Qədir-Xüm hədisini təsdiq edənlərin sırasında bədriyyun təbəqəsinin mənsublarının olması bu hədisin mötəbərliyini daha da artırır. Əllamə Əmini Qədir-Xüm hədisini vaxtilə Peyğəmbərin dilindən eşitdiyinə Həzrət Əlinin (ə) xahişi ilə şahidlik etmiş 24 səhabənin adını qeyd edir. Bunların sırasında Əbu Əyyub Ənsari, Xüzeymə ibn Sabit züş-şəhadəteyn (Peyğəmbər onun şahidliyini iki nəfərin ifadəsinə bərabər tutmuşdu), Səhl ibn Hüneyf, Əbül-Heysəm ibn Teyyihan, Əbu Hüreyrə, Əbu Səid Xüdri, Əbu Leyli Ənsari kimi məşhur səhabələr də vardır (ilk 4 nəfər bədriyyundandır).


Lakin tarix həmin gün Qədir-Xüm hədisini eşitdiyini danan və həqiqəti gizlədən bəzi səhabələrin adını da qoruyub-saxlayıb. Bunların ən məşhurları Ənəs ibn Malik, Zeyd ibn Ərqəm və Bəra ibn Azibdir. Əli ibn Əbu Talib (ə) onların yalan danışdığını bildiyi üçün, barələrində bəd-dua etmişdi: «Allahım, qəsdən həqiqəti gizlədən şəxsə bu dünyadan köçməmiş elə bir əlamət vur ki, həmin əlamətlə tanınsın».
Mənbələrdə yazıldığına görə, Ənəs ibn Malik Həzrət Əlinin (ə) xahişinə rəğmən, Qədir-Xüm hədisini eşitdiyini təsdiq etməmiş, Imam Əli (ə) ondan səbəbini soruşanda yaşının çoxluğunu bəhanə gətirib demişdi: «Artıq qocalmışam, unutduqlarım yadda saxladıqlarımdan çoxdur» (bu zaman Ənəsin təqribən 45 yaşı vardı; o, hicrətdən 10 il əvvəl doğulmuşdu, hadisə isə təqribən hicri 35-36-cı illərdə baş vermişdi). Həzrət Əli (ə) Ənəsin yalan dediyini başa düşərək, onun haqqında bu cür bəd-dua etdi: «Əgər yalan deyirsənsə, Allah sənin sifətinə elə bir ləkə vursun ki, əmmamə ilə də onu gizlədə bilməyəsən». Deyirlər ki, sonralar Ənəsin sifətinə və başına bərəs ləkələri düşdü (bərəs – dərinin piqmentləşməsindən yaranan xəstəlikdir, dəri üzərində ağ ləkələrin yaranması ilə müşayiət olunur). Başına qoyduğu əmmamə də bu xəstəliyin əlamətlərini örtə bilmirdi. Ənəs adətən üzünə niqab örtürdü (bax: Bəlazuri. Ənsabül-əşraf, I, 386).
Digər səhabə Zeyd ibn Ərqəm isə Qədir-Xüm hədisini gizlətdiyinə görə gözünün nurunu itirib kor oldu. Zeyd ibn Ərqəmin özü də bunu etiraf edirdi: «Əli camaata and verdi ki, hər kim Peyğəmbərin: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım, onun dostları ilə dost, düşmənləri ilə düşmən ol!» hədisini eşidibsə, şəhadət versin. Bədr iştirakçılarından 12 nəfər qalxıb şəhadət verdi. Mən həqiqəti gizlədənlərdən oldum və nəticədə gözümü itirdim» (Ibn Məğazili. Mənaqibü Əmiril-möminin, səh. 74, 33-cü hədis; Heysəmi. Məcməüz-zəvaid və mənbəyl-fəvaid, IX, 13, 14619-cu hədis).
Bəra ibn Azibin də Qədir-Xüm hədisini gizlətdiyinə görə ömrünün sonunda kor olduğunu yazırlar (Həzrət Əlinin (ə) sadiq tərəfdarı olmuş, Cəməl, Siffeyn və Nəhrivan savaşlarında Onun tərəfində çıxış etmiş Bəranın bu hərəkətinin səbəbi tədqiqatçılar üçün mübhəm olaraq qalır).
Maraqlıdır ki, bu 3 nəfərin hər birinin Qədir-Xüm hədisini rəvayət etməsi barədə kitablarda məlumatlar vardır. Ehtimal edirik ki, onlar məhz Imam Əlinin (ə) bəd-duasından sonra peşman olaraq həqiqəti etiraf etmişlər.


 

Natiq Rəhimov

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qədir-Xum hədisindəki "mövla" sözünün mənası
Qədir-Xum hədisindəki "mövla" sözünün mənası
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin şübhəli kimliyi
Əbu Hureyrənin şübhəli kimliyi
Yuxunun Şərhi
Yuxunun Şərhi
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))