Shia.az SonUmidTv media
sitename
Bu ocaq sönməyəcək (İNAŞAALLAH): 
Qarabağ və Muğanda şiə alimləri

Səfəviyyə dövrünün Azərbaycanlı alimi, hicri-qəməri tarixi ilə 13-də əsrdə yaşamış Molla Əbdürrəhim bin Məhəmmədbaqir Qərabaği "İmam Əlinin (ə) ruzi bölüşdürən (qasimul-ərzaq)" olması barədə bir risalə (kiçik həcimli kitab) yazıb və bu risalədə Şeyx Əhməd Ehsayinin "ğülv" əqidəsindən tərəfdarlıq edib. 
Həmin dövrdə yaşayan digər Azərbaycanlı alim Molla Qasim bin Allahverdi Muğani 1288-ci ildə həmyerlisinin kitabına rəddiyyə yazır və kitabı Şirvanın valisi Cəfərqulu Xan bin Mustafa Xana hədiyyə edir.
(Bu risalələrin əlyazma nüsxələri Tehran universitetinin mərkəzi kitabxanasında 7398-ci sayla qeydə alınmışdır).
Muğanlı yerlimizin fikrincə "vahid xəbər"in etiqadi məsələlər barədə höcciyyəti yoxdur. Və Qarabağiyə rədiyyə yazaraq vurğulayır ki: "Bu axundun risaləsi əvvəlindən axırınadək "vahid xəbər"lə doludur. Alimlər isə "vahid xəbər"in höcciyyətini əqli (etiqadi) məsələlərdə qəbul etmirlər".
P.S: Yazını tarixçi alim Rəsul Cəfəriyanın "13-cü əsrdə Şiə təfəkkürünə ğülüvvün qayıdışı" (Ayineye pəjuheş jurnalı, 176-cı say) adlı məqaləsinin "İmamların barəsində ğülüv etmək məsələsində alimlərin münaqişəsi" hissəsindən iqtibas etmişəm. 
@mirmehemmed_beshir
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))