Shia.az SonUmidTv media
sitename
Salam əziz dostlar, istəyirəm sizə şeytanın bəzəyərək bizə  gözəl təqdim etdiyi günahlardan danışam. Məsumlarımızdan bizə gələn hədislərdən məlum olur ki, əgər biz günahın nəqədər çirkin bir əməl olduğunu anlasaq dərhal günahdan uzaqlaşarıq. Bu dəfə çox aktual mövzu olan qeybət haqqında danışaq. Çox təssüflər olsun ki, bu muasir zəmanədə, bu inkişaf əsrində insanlarımız bu iyrənc günah olan qiybətdən əl çəkmək istəmirlər. Qiybət etmək kiminsə gizli saxladığı eybini, yaxud günahını digər insanlara söyləməkdir. Bəzən qiybətin qarşısını almaq üçün biz etiraz edəndə  tez deyirlər ki, olanı deyirəm,  daha anlamırlar olanı demək qeybət sayılır, olmayanı  desən  qeybətdən əlavə böhtan da demiş olursan. Əziz dostlar insanlara şəxsiyyət verən İslam dini bir şəxsin eyblərini insanlar arasında onun üzünə deməyə razı olmadığı kimi, arxasınca da danışmağa razılıq vermir. Hətta qiybət Allah taalanın Quran Kərimdə pislədiyi ən böyük günahlardan biridir, diqqət edin Allah taala Hücurat surəsinin 12-ci ayəsində qiybət etməyi “ölü qardaşının ətini yeməyə” bənzədib. Necəki biz körpə  uşaqlarımızı hansısa əməldən çəkindirmək üçün, onu iyrənc bir şeyə bənzədirik və uşaq da həmin əməldən çəkinir, burada Allah taala elə bil bizim anladığımız üslubla danışır. Təsəvvür edirsiniz ölü qardaşın ətini yemək nə  deməkdir?! Allah taala qiybəti yırtıcılığa bənzədib, hətta yırtıcı canavr belə digər canavarın ətini yeməz, lakin insan qeybət edərək canavardan daha yırtıcı olur. Yadıma düşmüşkən buna da deyim, baxın niyə Allah taala qiybət etməyi ölünün ətinə bənzədib? çünki, əgər diri insan bədəninə hər hansı bir zədə dəyərsə və yaxud kəsilərsə, onun yeri dolar. Lakin ölü bədənindən ət götürülsə onun yeri dolmaz. Qiybətdə belədir birinin abrını aparsan onun yeri boş qalır və heç zaman dolmur. Yaxud ölü insan özünü müdafiə edə bilmədiyi kimi, qiybətini etdiyin insan da orda olmadığı üçün özünü müdafiə edə bilmir. Hətta hədislərimizdə qiybət etmək günahı , şərab içmək günahı ilə eyni statusdadır. Əziz peyğəmbərimizdən hədisdə var şərab içənin 40 gün ibadəti qəbul olmaz, eyni bu hədis qiybət edənin haqqında da  gəlib. Baxmayaraq ki, namaz qəbul deyil gərək həmin şəxs namazlarını qılsın, qılmasa qəzaları yığılıb qalar. Sözümüz budur ki, namaz qılarkən bizə verilən fəzilətlər qeybət edən şəxsə verilməz.Biri gəlib imam Hüseyn ə yanında qiybət edirdi, imam ona etiraz edərək buyurdu: bu əməlini tərk et, qiybət cəhənnəm itlərinin yeməyidir. Digər hədisdə buyurulur ki, qiybət edən şəxs tövbə edərsə ən son cənnətə daxil olar, əgər bu əməlindən tövbə etməzsə cəhənnəmə daxil olan ilk şəxs olar. Əziz dostlar bəlkədə bu yazı sizə gərgin yaxud qorxulu gələcək, bəli qorxmalıyıq çünki qiybət bizim müsbət əməllərimizi məhv edir. Əziz peyğəmbərimizddən hədisdə var buyurur: "Müsəlmanın dininin məhv olmasında qeybətin təsiri, xora xəstəliyinin insan bədənindəki təsirindən daha çoxdur". Əgər dostlarımızda sual yaransa ki, 5 dəqiqə qiybət etdik deyə 50 illik ibadətimiz gedər? Bu necə İlahi ədaalətdir? Bəli 50 illik ibadət əldən gedər, çünki həmin şəxs 50 ilə xırda-xırda yığdığı abrını  sən 5 dəqiqəyə aradan apardın, sizcə bu günahla dolu dunyada abırlı yaşamaq asan işdir? Bax elə bunun üçün əsil ilahi ədalətdir. Diqqət edin qiybət etmək insanın abrına təcaavüzdür, bu gün bir insanın malına, puluna, canına hətta düçüncəsinə belə təcavüz olunarsa onu məhkəməyə verib cəzasını çəkməyi istəyirik, lakin nə  şərqdə və nə qərbdə bu gün insanın abrına olunan təcavüzə görə kimsə  cəzalanmır, demək olar təcavüzlər arasında ən çox insanın abırna təcəvuz olunur. Qiybət günahının insanlara həm dünyada həm də axirətdə çox şiddətli təsirləri vardır. Dünyada olan təsirləri: qiybət edən şəxsin kimsənin yanında hörməti olmaz, sözünün təsiri olmaz, insanlar arasında güvənini itirər, çünki mənim yanımda kiminsə eybini danışan mənimdə eybimi kimsəyə danışar. Baxmayaraqki qeybəti adi söhbət kimi sayırıq, lakin eşitdiyimiz sözlərin bizlərə təsiri var. Məsələn tanıdığımız bir şəxsin eybini bizə  desələr və hətta biz onu tanısaq da və  onu müdafiə də etsək, lakin qəlbimizdə və ağlımızda tanıdığımız şəxsə dair suallar yaranacaqdır. Qiybət etmək ailələrin dağılmasına, kin-küdurətin yaranmasına səbəb olur, hətta övladımızın qeybətini etmək, eyblərini açıb kimsəyə danışmağa belə, icazəmiz yoxdur. Hədislərimizdə var susub qiybət edənə qulaq asan şəxs qiybət edənin günahına şərikdir. Diqqət edin dostlar qapalı bir şəraitdə bir nəfər siqaret çəkərsə, orda olan hər kəs o tüsdüdən udur. Qiybətdə bunun kimidir kim eşidirsə və etiraz etmirsə artıq çirkaba bulaşıb. Qiybət etmək insan qəlbindəki nuru azaldar. Bu barədə nə qədər danışsaq bitməz.  Qeybətin axirətdə ən böyük təsiri: qiybət edənin savablarını qeybəti olunan şəxsə köçürərlər, əgər savab əməlin olmazsa qeybəti olunanın günahlarını qeybət edənə köçürərlər. Bunu bəlkədə bir neçə il öncə anlamaq çətin olardı, lakin indi bank hesabımızdakı pulu bir anın içində başqa bir insanın hesabına köçürmək nəqədər asan məsələdir. Əgər desəniz ki, bu günə qədər bilmədən kiminsə qeybətini etmişik, bağışlanmaq üçün nə etməliyik? Usulu kafidə  əziz Peyğəmbərimizdən hədis var buyurur: qiybətin kəffarəsi hər zaman xatırladıqda istiğfar etməkdir (Allah taaladan bağışlanmaq diləməkdir), bəzi alimlərimiz buyurublar ki, istiğfarla yanaşı qeybətini etdiklərinizdən halallıq almaq lazımdır, lakin əgər halallıq almaq yenidən söz söhbətə səbəb olarsa, yalnız istiğfar etmək kifayət edər. Qiybət etməyə adət edən şəxs dərhal öz dilini islah etməli və öz üzərində çalışmalıdır ki, bu çirkab dolu bataqlıqdan çıxsın. Özünü cəzalandırma uslubu ilə öz pak ruhunu təmizləsin. Məsələn özünə söz versin ki, əgər birdə qiybət etsəm 50 manat sədəqə verəcəm ya bir həftə oruc tutacam yaxud özünün qorxduğu hərhansı bir cəza ilə özünü cəzalandırsın ki, bu bataqlıqdan çıxa bilsin. Sonda bunu demək istəyirəm ey kaş bu mətni oxuyan hər kəs qeybətin necə iyrənc bir günah olmasını araşdırıb, anlaya və öz ətrafına da anlatsa nə yaxşı olardı. Allah eləməmiş əgər qeybət etmişiksə dərhal tövbə edək, heç bir halda qiybət etmək olmaz, nə böyüyün nə uşağın, nə qocanın nə cavanın, nə xəstənin nə sağlamın qiybətini etmək olmaz. Allah taala bütün xalqımızı bu qiybət günahından uzaq eləsin.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))