Shia.az SonUmidTv media
sitename
İslam dininə görə anaya hörmət cənnətə giriş səbəbi hesab olunur. Cənnətə layiq övlad tərbiyə edilməsində isə ananın boynuna düşən vəzifələr çoxdur. 
  Quranda valideynə hörmət haqqında danışılarkən, qadına hörmət və ananın məqamı xüsusi qeyd edilir. 
"Biz insana ata-anasına (xüsusilə anaya) yaxşılıq etməyi, valideynlərlə gözəl davranmağı, onlara yaxşı baxmağı təvsiyyə etdik. Çüniki anası onu (n vücud yükünü) doqquz ay bətnində zəhmətlə gəzdirmiş, əziyyətlə dünyaya gətirmişdir. Onun (ana bətnində) daşınması və süddən ayrılması otuz aydır.” (Əhqaf surəsi, 15)
  Allah-təala uşağı qidalandırma dövrü üçün otuz aylıq bir müddəti əhatə edən vəzifələr təyin etmişdir. Bu müddətin 9 ayı hamiləlik, 2 ili süd vermə dövrüdür.
  Quranda deyilir: "Analar öz övladlarına 2 il tamam süd verməlidirlər. Bu (göstəriş), (körpənin) süd əmmə müddətini kamil etmək istəyən kəs üçündür.” (Bəqərə surəsi, 233)
  Uşağını qidalandırdığı bu 30 ay ərzində ana 2 nəfəri qorumağa – həm özünü, həm də uşağını – məcburdur. Bu qoruma həm mənəvi, həm də fiziki cəhətdən olmalıdır. 
  Fiziki cəhətdən əsas şərt ananın halal qidalardan istifadə etməsidir. Çünki qida ananın həzm orqanında südə çevrilir və uşaq da bu süd ilə qidalanır.
  Mənəvi qidada isə əsas meyar ananın ruhi halıdır ki, buna ananın fikirləri, düşüncələri, xatirələri aiddir. Ana günah haqqında fikirləşərsə və yaxud qəzəbli, ya kinli olarsa həm özünü, həm də övladını məhv edə bilər. Buna görə də ana fikir və düşüncələrində ehtiyatlı olmalıdır, çünki çox xüsusiyyətlər fikir və düşüncə yolu ilə övlada ötürülür. Bundan belə başa düşülür ki, ananın vəzifəsi təkcə uşağa dəstəmazla və Allahın adını çəkərək süd vermək deyil. Ana öz əxlaqını və düşüncələrini son dərəcə nəzarətdə saxlamalıdır. Gördüyümüz kimi hələ ilkin mərhələdə, yəni ilk 30 ay müddətində ananın üzərinə nə qədər məsuliyyət düşür. Məsuliyyətin çox olması da əgər əməl edilərsə insanı Allaha daha çox bağlayır və belə ana daha yaxşı övlad yetişdirə bilər.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))