Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename


İslamın nəzərinə görə, üzr vacib və zəruri bir əməl olduğu kimi, onu qəbul etmək də məharət istəyir. Əgər insan qarşı tərəfin üzrünü rədd edərsə, gərək bilsin ki, səhv iş görmüşdür.
 
Üzrü qəbul etməməyin bəzi təsirləri vardır ki, onlarla tanış olaq:

1. Şantaj edənin günahı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimdən din qardaşı üzr istəyər və o, üzrünü qəbul etməzsə – onun günahı şantaj edənin günahı kimi olar”.

2. Kövsər hovuzuna daxil olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin din qardaşı üzr istəmək üçün yanına gələr – gərək üzrünü qəbul etsin. Əgər qəbul etməzsə, Kövsərin kənarında mənə qovuşmaz”.

3. Şəfaətdən faydalana bilməz. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Hər kim üzrü qəbul etməzsə – üzr istəyən istər yalan desin, istərsə də doğru – mənim şəfaətimi əldə edə bilməz”.

4. Böyük günahdır. İmam Əli (ə) buyurur: “Ən böyük günah – üzrü qəbul etməməkdir”.

5. Ən şər insan olar. Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis insan o kəsdir ki, başqasının xatasını bağışlamaz, onun büdrəməsindən keçməz”.

6. İlahi əfvdən faydalana bilməmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs ki, güzəşt edər, Allah da ona güzəşt edər”.

7. Ağılsızlığın nişanəsidir. İmam Sadiq (ə) buyurur: “Ən ağılsız insan o kəsdir ki, əlinin altında olanlara zülm edər və ondan üzr istəyənin üzrünü qəbul etməz”. (Həvzəh/Deyerler.org/
)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))